PFL rəhbərliyi Xankəndi yolunda qəzaya düşdü
Ağdam rayonunda mikroavtobusla qəzaya düşən şəxslərin kimliyi məlum olub.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, bu gün səhər saat 06:30 radələrində Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində Bakı şəhər sakini Rəsul Qafarlının idarə etdiyi “Mercedes Vito” markalı avtomobillə Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb.
Nəticədə sürücü R.Qafarlı və avtomibildə sərnişin qismində olan Bakı şəhər sakini Elxan Səmədov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya müracət ediblər.
***
Mikroavtobusda qəzaya düşənlər Peşəkar Futbol Liqasının (PFL) əməkdaşları olublar. Elxan Səmədov PFL-in prezidenti, Aslan Şahgəldiyev PFL-in vitse-prezidentidir.
İlkin məlumata görə, onlar dekabrın 21-də nəzərdə tutulan “Qarabağ” – MOİK matçı üçün Xankəndiyə gedirmişlər.
Trend qəzaya düşənlərin vəziyyətini açıqlayıb:
Bakı sakini Səmədov Elxan Zakir (14.01.1974) - Sağ baldırın yuxarı 3-də 1-nin böyük ölçülü açıq qəlpəli yerdəyişmiş sınığı, sağ dirsək oynağının oynaqdaxili sınığı;
Bakı sakini Abdullayev Sənan Məstəli (24.06.1984) - Hər iki ayaq pəncəsinin əzilməsi;
Bakı sakini Şahgəldiyev Aslan Yadigar (31.08.1981) - L1 fəqərənin kompression sınığı;
Bakı sakini Qafarlı Rasim Məmmədrəsul (20.06.1982) - Sağ diz oynaqğının əzilməsi;
Bakı sakini Abbasov Elgiz Rafiq (26.04.1990) - Sağ diz nahiyə əzilməsi;
Bakı sakini Hacıməhərrəmov Zaur Tahir (16.06.1981) - Burunun küt travması.
-
Rəşad Dağlıya 11 il cəza istənildi
...
-
Azərbaycanda 13 milyonluq narkotik ələ keçirildi - Saxlanılanlar var+Video
...
-
DTX Azərbaycan vətəndaşı olan 13 terrorçunu həbs etdi - Video
...
-
DİN-dən Gədəbəylə bağlı daha bir - Açıqlama
...
-
“Ay Brat” meyxanası ilə məşhurlaşan Mahir həbs olundu - Fotolar
...
-
Bu hərəkətlərinə görə onlara müəllimlik etmək qadağan edildi
...
-
“İsgəndər dedi ki, həmin adam bildiklərini gəlib toyda yayacaq”
...
-
“Dedi ki, onu öldürdüm, məni polisə təslim et” - Rəşad Dağlının qardaşı
...
-
Rufulla Axundzadə vəzifəli şəxslərə qarşı sui-qəsd hazırlayıbmış - Video
...
-
Azərbaycanda terror planlaşdırmaqda şübhəli bilinən şəxslər ifşa edildi - Video
...