Azərbaycanda davamlı olaraq nüfuzlu beynəlxalq tədbirlər keçirilir

16:30 19-12-2023 | icon 352
Azərbaycanda davamlı olaraq nüfuzlu beynəlxalq tədbirlər keçirilir

Nüfuzlu, qlobal xarakterli tədbirin Bakıda keçirilməsinə dair qərarı bütün dünya
ölkələri qəbul edib. Bu qərar beynəlxalq miqyasda həssas dönəmdən keçən
Azərbaycan üçün növbəti dəfə etimad və hörmət deməkdir.
Bildiyimiz kimi, bu ilin sentyabrında Xankəndi ətrafında baş tutan lokal antierror
əməliyyatından sonra ermənilər və onların havadarları (əsasən də Fransa) Azərbaycana
qarşı böyük antitəbliğat kampaniyasına strat vermişdilər, əlləri çatan bütün beynəlxalq
tədbirlərdə, müxtəlif ölkələrin media qurumlarında haray-həşir salır, Azərbaycana qarşı
sanksiya tətbiq olunmasına nail olmaq, ölkəmizi təcrid vəziyyətinə salmağa çalışırdılar.
Elə qələmə verilirdi ki, Azərbaycan dövlətinin öz ərazisində keçirdiyi 23 saatlıq antiteror
əməliyyatı deportasiya səciyyəsi daşıyan hərbi aqressiyadır. Ancaq keçirilən əməliyyatın
xarakteri, ondan sonrakı günlərdə baş verən hadisələrin təfərrüatı açıqlandıqca,
Azərbaycanın xeyrinə olan detallar üzə çıxdı və dünya dövlətləri şahid oldular ki, bu ölkə
beynəlxalq hüquqa, bəşəri dəyərlərə ziddi olan heç bir addım atmayıb.
Ona görə də senytabrdan sonrakı aylarda dünyanın müxtəlif yerlərində keçirilən
cürbəcür beynəlxalq tədbirlərə Azərbaycanın nümayəndələri məmnuniyyətlə dəvət
olundular, bizimkilər həmin tədbirlərdə alnı açıq, üzüağ şəkildə iştirak etdilər. Heç kim
nə onlara qarşı boykota çağırış etdi, nə də xoşagəlməz suallar verdilər. Eləcə də həmin
hadisələrdən sonra ölkəmizdə keçirilən beynəlxalq miqyaslı tədbirlərə başqa ölkələrin
təmsilçiləri həvəslə qatıldılar.
Beləcə, ermənilərin qaldırdıqları hay-küyün heç bir xeyri olmadı, ölkəmiz dünya
birliyinin sayğın üzvlərindən biri kimi qaldı.
BMT-nin iqlim sammitinin gələn il Bakıda keçirilməsi barədə qərar qəbul edilməsi isə
onun göstəricisidir ki, ölkəmizə qarşı aparılan bütün qara təbliğat iflasa uğrayıb.
Ümumiyyətlə, illərdir ki, Azərbaycanda davamlı olaraq nüfuzlu beynəlxalq tədbirlər
keçirilir. Ölkəmizin artıq bu istiqamətdə yetərli təcrübəsi var. İndiyədək yüzlərlə bu cür
tədbirə ev sahibliyi etmiş ölkəmiz aparılan müvafiq siyasət nəticəsində dünyada daha
çox tanınıb, dünya sivilizasiyasının içində olduğunu, ucqar ada dövləti, “banan ölkəsi”
olmadığını sübut edib.
Hər bir beynəlxalq tədbir Azərbaycana dost qazandırır, onu tanıdır, ölkənin reklamı
üçün əvəzsiz rol oynayır, turizm sektoruna böyük töhfə verir.
Təsəvvür edin ki, Avropa Oyunları zamanı Azərbaycana 5 min idmançı və onları
müşayiət edən 3 min qonaq gəlmişdisə, COP29-da 10 minlərlə xarici nümayəndə
ölkəmizə gələcək. Yəni iqlim sammiti bu vaxta qədər keçirilmiş tədbirlərdən qat-qat artıq
qələbəlik və izdihamla müşayiət olunacaq.
Verilən məlumata görə, iki həftə boyunca davam edən sessiyada dünya dövlətlərin
çoxunun rəhbərləri iştirak edəcək və obrazlı desək, Bakı dünyanın mərkəzi olacaq.
Bu baxımdan iqlim sammitinin gələn il paytaxtımızda keçirilməsi barədə qəbul edilən
qərar önəmli hadisədir.
Ümid edək ki, Azərbaycan dövləti dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biri
olan, ölkələrin təmsilçiliyi baxımından BMT Baş Assambleyasından geri qalmayan
COP29 beynəlxalq konfransını nümunəvi şəkildə təşkil edəcək. Konfrans özü isə iqlim
dəyişikliyi müstəvisindəki problemlərin həlli üçün faydalı nəticələr verəcək.
Gülüşova Nərmin
Saatlı şəhər Bülbül adına UMM-nin müəllimi


Digər xəbərlər

0.2203049659729