Ölkəyə saxta 10 min dollar gətirənlər saxlanıldı - Foto

16:34 19-12-2023 | icon 632
Ölkəyə saxta 10 min dollar gətirənlər saxlanıldı - Foto

Ölkənin maliyyə sisteminə ciddi təhlükə yaradan saxta pulların hazırlanması və dövriyyəyə buraxılmasının qarşısının alınması istiqamətində əməliyyat tədbiri həyata keçirilib.

 

Naxçıvan MR Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib ki, tədbirlər nəticəsində ölkə ərzisinə saxta dollar əskinaslarını gizli yollarla gətirən dəstə müəyyən olunaraq saxlanılıb.

Saxlanılan şəxslərin üzərindən 10000 (on min) saxta ABŞ dolları götürülərək  istintaqa təqdim edilib. Həmin dəstənin digər üzvlərinin və əlavə cinayət əməllərinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

 

 
 

Digər xəbərlər

0.30705595016479