Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının BƏYANATI

23:47 20-12-2023 | icon 350
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının BƏYANATI

Həmkarlar ittifaqlarının fəaliyyətində səmərəlilik qanunun
aliliyinin qorunmasından, sosial-iqtisadi tərəqqidən, sabitlikdən,
demokratiya, insan hüquq və azadlıqlarının təmin edilməsindən,
vətəndaş cəmiyyətinin inkişafından çox asılıdır. Azərbaycan
Respublikasının bu sahədə nail olduğu böyük uğurlarının təməlində
Ümummilli Lider Heydər Əliyevin xidmətləri və onun yolunu
davam etdirən Prezident İlham Əliyevin siyasəti dayanır.
Həmkarlar ittifaqları işçilərin, pensiyaçıların, təhsil alanların
əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin
müdafiəsi işində daim Prezident İlham Əliyevin güclü dəstəyini
hiss edir. Məhz bu dəstəyin sayəsində Azərbaycanın həmkarlar
ittifaqları işçilərin əmək hüquqlarının qorunmasında və sosial
problemlərinin həllində əzmkarlıq nümayiş etdirir və qətiyyətli
addımlar atır.
Həmkarlar İttifaqlarının üzvləri əmək münasibətlərinin
tənzimlənməsində, sosial tərəfdaşlığın səmərəliliyinin
artırılmasında verdikləri töhfələrlə haqlı olaraq fəxr edir.
Konfederasiya 44 günlük Vətən müharibəsində də, COVID-19
pandemiyası dövründə də respublikamızda ümumi işə dəstək olmaq
üçün əlindən gələni əsirgəmədi. Şəhid ailələrinə, müharibə
veteranlarına həssas münasibət, vətəndaşların əmək hüquqlarının qorunması, sosial rifah halının yaxşılaşdırılması, bütövlükdə cəmiyyətin ahəngdar inkişafının təmin edilməsi fəaliyyətimizin əsas qayəsini təşkil edir.
Biz hər gün respublika üzrə ən müxtəlif kollektivlərin
içərisindəyik. Həmkarlar ittifaqları Prezident İlham Əliyevə
ümumxalq məhəbbətini və dəstəyini, böyük inamı hər bir
kollektivdə hiss edir.
20 ildir ki, Azərbaycan xalqı keçirilmiş bütün prezident
seçkilərində öz taleyini yalnız İlham Əliyevə etibar edib.
O, Azərbaycan xalqına verdiyi bütün vədləri yerinə yetirib,
hər kəs Prezident İlham Əliyevin sözünün imzası qədər güclü
olduğunu bilir. İlham Əliyev Azərbaycan xalqını ən böyük
arzusuna çatdıran - Şuşanı azad edən milli liderdir.
Bu gün Ulu Öndər Heydər Əliyevin ruhu şaddır. Azərbaycan
Bayrağının Şuşada, Xankəndində, Xocalıda qürurla dalğalanması
tarixə əbədi həkk olan böyük səadətdir.
Azərbaycan son 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi,
qətiyyətli siyasəti nəticəsində qələbədən qələbəyə doğru mətin
addımlarla irəliləyib, böyük inkişaf yolu keçib, zirvələr fəth edib.
Bütün bunlar nəyi, nə vaxt və necə etmək lazım olduğunu dəqiq
hesablayan siyasi liderin tarixi xidmətləridir.
Bu gün dünyanın müxtəlif regionlarında qanlı hadisələr, sonu
görünməyən müharibələr baş verir. Belə bir şəraitdə Azərbaycan
dünyada sabitlik, inkişaf, təhlükəsizlik adası kimi yalnız irəliyə gedir, şöhrəti bütün aləmə yayılır. Birinci xanım Mehriban Əliyeva da bu şərəfli yolda Azərbaycan Prezidentinin ən yaxın silahdaşıdır.
Bütün Azərbaycan xalqı kimi, həmkarlar ittifaqları da zaman-
zaman ölkəmizin məhz müstəqil siyasət kursuna görə hansı
təzyiqlərə, çirkin kampaniyalara məruz qaldığını yaxşı bilir. Ancaq
bütün bunlar Azərbaycanın əzminə, inkişaf yoluna mane ola
bilmədi. Xalqımızın böyük oğlu İlham Əliyev Azərbaycanı bütün
bəlalardan qorudu, təmkinlə, qətiyyətlə, dönməzliklə ölkəni yeni
uğurlara apardı.
Bu gün ərazi bütövlüyünün, suverenliyinin pozulmasından
əziyyət çəkən nə qədər ölkə var. Azərbaycan isə cəmi 44 günə əldə
etdiyi qələbə ilə tarix yazdı. Vətən müharibəsi göstərdi ki,
Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə dəmir
yumruq kimi birləşdi, hərbi dərsliklərə düşən döyüş əməliyyatları
aparıldı.
2023-cü ilin 19-20 sentyabr antiterror əməliyyatı zamanı -
cəmi 23 saat 51 dəqiqə ərzində Ermənistan Ordusunun qalıqları
məhv edildi, qanunsuz hərbi rejimin xunta başçıları diz çökdü, ağ
bayraq qaldırdı, təslim oldu. Əli xalqımızın qanına batmış xunta
başçıları, Xocalı cəlladları indi layiq olduqları yerdə -
həbsxanalardadır, törətdikləri müharibə cinayətlərinə görə
Azərbaycan məhkəmələri qarşısında cavab verməyə məhkum
ediliblər. Budur, Müzəffər Ali Baş Komandan, Prezident İlham
Əliyev siyasətinin təntənəsi, zəfər salnaməsi!

Bu gün Müstəqil Azərbaycan tam əmin əllərdədir, ölkəmiz
tarix boyu heç vaxt bu qədər güclü olmayıb. Fərəhlə söyləyə bilərik
ki, bu, məhz Ulu Öndər Heydər Əliyevin arzuladığı Azərbaycandır!
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının əvvəlki
Prezident seçkilərində olduğu kimi bu dəfə də mövqeyi birmənalı,
yekdil və dəyişməzdir.
Biz - Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının
növbədənkənar VI qurultayının nümayəndələri 1,5 milyon
həmkarlar ittifaqı üzvləri adından 2024-cü il fevralın 7-də
keçiriləcək növbədənkənar Prezident seçkilərində xalqımızla
həmrəyliyi davam etdirərək, Azərbaycanı inkişaf etmiş ölkəyə
çevirən böyük şəxsiyyət İlham Əliyevi dəstəklədiyimizi bəyan
edirik!
Biz hər bir Azərbaycan vətəndaşını ilk dəfə ərazi
bütövlüyümüzün və suverenliyimizin tam təmin edilməsi şəraitində
keçirilən bu seçkilərdə fəal iştiraka, seçki günü məntəqələrə gələrək
bu şanlı tarixi prosesin bir hissəsinə çevrilməyə, onu imzası ilə
möhkəmləndirməyə çağırırıq! Azərbaycana qələbə yaraşır! Yaşasın
müzəffər xalq! Yaşasın Müzəffər Ali Baş Komandan, Prezident
İlham Əliyev!

AHİK-in növbədənkənar VI qurultayının nümayəndələri
Bakı şəhəri,
20 dekabr 2023-cü il


Digər xəbərlər

0.32445096969604