Uşaq pornoqrafiyası yayan şəxs cəzalandırıldı
Azərbaycanda uşaq pornoqrafiyasını yayan şəxs məsuliyyətə cəlb edilib.
Bakı şəhər Qaradağ rayon sakini, 1997-ci il təvəllüdlü Elvin Quliyevin teleqram səhifəsində yetkinlik yaşına çatmayan qızın intim görüntülərini yayması müəyyən edilib. Belə ki, qızın anası polisə şikayət edərək övladının Elvin tərəfindən hədələndiyini, görüntülərinin yayıldığını bildirib.
O qeyd edib ki, Elvini taparaq görüntüləri silməsini xahiş etsə də, gənc oğlan ananı da söyərək təhqir edib və hədə-qorxu yolu ilə ondan 700 manat pul tələb edib.
Faktla bağlı Cinayət Məcəlləsinin 151, 171-1 və 182-ci (Seksual xarakterli hərəkətlərə məcbur etmə, uşaq pornoqrafiyasının dövriyyəsi və hədə-qorxu ilə tələb etmə) maddələri ilə iş başlanılıb. Məlum olub ki, E. Quliyev daha əvvəl də başqa şəsxlərə qarşı oxşar əməllər törədib.
Qaradağ Rayon Məhkəməsinin 14 dekabr tarixli hökmü ilə Elvin Quliyevə 9 il 3 ay həbs cəzası verilib.
-
Bu separatçıları da DTX saxlayıb - Onlar kimlərdir?
...
-
David Babayan da həbs olundu - Rəsmi
...
-
Daha bir separatçı həbs edildi - DTX video yaydı
...
-
DTX-nin axtarışa verdiyi əcnəbi Azərbaycana gətirildi
...
-
DTX Vardanyanın ittiham olunduğu maddələri açıqladı
...
-
Mina partlayışlarının baş verdiyi yerdən - Dəhşətli fotolar
...
-
DTX gizlin pul köçürmələri edən şəbəkəni ifşa etdi
...
-
“İşdə ailə sirri ilə bağlı sənədlər var”
...
-
Azərbaycana uçuş aparatı ilə narkotik keçirdi, həbs edildi - Video
...
-
TikTokda “kreditə qızıl satılır” adı altında 150-dən çox şəxsi aldadıblar - Video
...