“Sabah”da ara qarışdı – Məsələyə Mikayıl Cabbarov müdaxilə edəcək

16:43 23-12-2023 | icon 648
“Sabah”da ara qarışdı – Məsələyə Mikayıl Cabbarov müdaxilə edəcək

"Sabah”ın biabırçı çıxışı komanda daxilində ciddi problemlərin olmasından xəbər verirdi.

Amma klub rəhbərliyi bu problemləri bir müddət mətbuatdan gizlədə bildi. Ancaq autsayder “Qəbələ”yə məğlubiyyətdən sonra baş məşqçi Murad Musayevin mətbuat konfransında dedikləri aranı qatdı.

Rusiyalı mütəxəssis komanda daxilində ciddi problemlərin olduğuna işarə etdi və nümayişkaranə surətdə “Əvvəlki “Sabah”ı görməyəcəksiniz” dedi:

 

“Çox faktorlar var. Niyə belə oldu, hazırda cavab verə bilmirəm. Bütün bunların günahkarı baş məşqçidir. Fərqli səbəbləri var. Ötənilki “Sabah”ı unutmaq lazımdır. Artıq o “Sabah” olmayacaq. Bəzi transferlərimiz təlim-məşq toplanışına qoşula bilmədilər. 3-4 ay məşq etməyən oyunçular var idi. Bəzilərinin adaptasiyası istədiyimiz kimi getmədi. Mənim də səhvlərim var”.

Murad Musayev 5-6 cümlədə nələrə işarə edib? Burada ironiya və ittiham var: “Klub rəhbərliyi verdiyi vədləri yerinə yetirməyib, amma sonda günahkar Musayev olacaq”. O, transferlərdən narazılıq edib. Əsas məsələ də budur. Murad  Musayev ötən mövsüm başa çatandan dərhal sonra rəhbərliyə sərəncamında görmək istədiyi futbolçuların siyahısını verib.

O, bu futbolçularla şəxsən özü danışıb, Azərbaycan reallıqlarını nəzərə alaraq, məvacib məsələsində də razılıq əldə edib. Bundan sonra rəhbərlik öz üzərinə düşəni görməli, həmin futbolçularla danışıqlar aparmalı idi.

Amma rəhbərlik Murad Musayevin təklif etdiyi futbolçulardan imtina edib. Əvəzində isə daha artıq məvaciblə futbolçular transfer ediblər. Bu futbolçular da Musayevin oyun fəlsəfəsinə nəinki uyğun gəlmir, hətta səviyyələri də çox aşağıdır.

Bundan sonra klubda rəhbərliklə Musayev arasında qarşıdurma böyüməyə başlayıb. Yaydan bəri davam edən bu qarşıdurma “Qəbələ” ilə oyundan sonra Musayevin “partlamasına” gətirib çıxardı.

Musayev nəticənin olmayacağını bilir, üstəlik, onu da görür ki, “Sabah” rəhbərliyi bütün məsuliyyəti onun üzərinə yıxmağa çalışır.

Əldə etdiyimiz məlumata görə, Murad Musayev Azərbaycana gələrkən klubun pərdəarxası himayəçisi, İqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşüb. “Sabah”la bağlı strategiyanı da Musayevə məhz Cabbarov təqdim edib.

Amma onun “Sabah”a rəhbər təyin etdiyi şəxslər tam başqa yolu tutublar. Menecerlik edib, pul qazanmağa üstünlük veriblər.

Bildirilir ki, Mikayıl Cabbarov yaxın günlərdə Murad Musayevlə görüşəcək. Klubdakı problemin əsl səbəbini onun özündən eşidib qərar verəcək.

Əgər belə olacaqsa, böyük ehtimalla, “Sabah”da Maqsud Adıgözəlov dönəmi başa çatacaq. Olduqca prinsipial şəxs olan Mikayıl Cabbarovun onu bağışlamayacağı bildirilir.(aut)


Digər xəbərlər

0.23359513282776