Basketbol Liqasında ilin son oyunu keçirildi

21:38 24-12-2023 | icon 269
Basketbol Liqasında ilin son oyunu keçirildi

Şəki Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının (ABL) 9 -cu turunun və ilin son oyunu baş tutub.

 “Şəki” yerli publika önündə, çempionatın liderlərindən sayılan “NTD-İNDİQO” klubunu qəbul edib.

Görüşün ilk dəqiqələrindən üstünlüyü ələ keçirən Xaçmaz təmsilçisi, yekunda 120-54 hesablı qələbə qazanıb. Bu qələbə ilə “NTD-İNDİQO”, 17 xalla qış fasiləsinə şərikli lider kimi yollanıb. Ən məhsuldar basketbolçular: “Şəki” (Pol Dibal - 21 xal, 9 ribaund), “NTD-İNDİQO” (Brendon Yanqer - 28 xal, 4 asist)


Digər xəbərlər

0.22639989852905