İran vətəndaşları saxlanıldı - DSX-dan uğurlu əməliyyat

17:24 27-12-2023 | icon 1106
İran vətəndaşları saxlanıldı - DSX-dan uğurlu əməliyyat

Dekabr ayının 25-də saat 20:00-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin Astara rayonunun Hamoşam kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 2 nəfər naməlum şəxs tərəfindən narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Bu barədə DSX-nin mətbuat xidməti məlumat yayıb.

Araşdırma zamanı saxlanılan şəxslərin İran İslam Respublikası vətəndaşları − 1968-ci il təvəllüdlü Qulamrza Qaçaq oğlu Cəmşidi və 1988-ci il təvəllüdlü Siyamək Səmədulla oğlu Yusifzadə olduğu müəyyən edilib.

Saxlanılan şəxslərin üzərlərinə baxış zamanı ümumi çəkisi 8 kiloqram 75 qram narkotik vasitə marixuana və 2 ədəd güclü təsiredici vasitə hesab edilən Metadon M - 40 həbi aşkar olunaraq götürülüb.


Digər xəbərlər

0.26197195053101