Millinin yeni baş məşqçisi bəlli oldu

17:28 27-12-2023 | icon 329
Millinin yeni baş məşqçisi bəlli oldu

Ağırlıqqaldırma üzrə yığma komandaların məşqçilər heyətinin yeni tərkibi məlum olub.

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının İdarə Heyətinin qərarına əsasən, rusiyalı mütəxəssis Maxtı Makkayev kişilərdən ibarət yığma komandaların baş məşqçisi təyin edilib. O, uzun müddət Rusiya yığmasında çalışıb, ölkəsində ilin ən yaxşı məşqçisi seçilib. 

Ukraynalı Denis Qotfrid onun köməkçisi funksiyasını yerinə yetirəcək. Asif Məmmədov böyüklər, Emil Əliyev gənclər, Oktay Muxtarov isə yeniyetmələr üzrə böyük məşqçi vəzifələrində çalışacaqlar. Sərdar Həsənov isə qadınlardan ibarət komandanın baş məşqçisi olacaq. Onun köməkçisi Əfqan Bayramov olacaq.


Digər xəbərlər

0.26214408874512