Naxçıvan idmançılarının 2023-cü ildə qazandıqları medalların sayı açıqlanıb

07:20 29-12-2023 | icon 486
Naxçıvan idmançılarının 2023-cü ildə qazandıqları medalların sayı açıqlanıb

Naxçıvan idmançılarının 2023-cü ildə qazandıqları medalların sayı açıqlanıb.

Il ərzində ümumilikdə 225 medal əldə edilib.

Bunun 153-ü ölkəmiqyaslı yarışlarda, 62-si beynəlxalq turnirlərdə, 6-sı Avropa çempionatlarında, 4-ü isə dünya çempionatlarında qazanılıb.

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi, Gənclər Fondunun təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində ilin yekunlarına həsr olunmuş tədbirdə çıxış edən gənclər və idman naziri səlahiyyətlərini icra edən, nazir müavini Məcid Seyidov idmançıların nailiyyətlərindən bəhs edib.

O bildirib ki, medallardan 67-si qızıl, 67-si gümüş, 91-i isə bürünc olub. Bir idmançı Avropa çempionu, biri isə dünya çempionu olmağı bacarıb.


Digər xəbərlər

0.2373788356781