Elçin Quliyev şəhidlik zirvəsinə yüksəlmiş sərhədçilərin ailələrini ziyarət edib - FOTOLAR

21:51 30-12-2023 | icon 593
Elçin Quliyev şəhidlik zirvəsinə yüksəlmiş sərhədçilərin ailələrini ziyarət edib - FOTOLAR

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin şəhidlərin xatirələrinin əbədiləşdirilməsi, onların ailə üzvlərinin daim diqqət mərkəzində saxlanılması üzrə həyata keçirdiyi dövlət siyasətini rəhbər tutaraq Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti sərhədlərimizin mühafizə və müdafiəsi, eləcə də Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün təmin olunması zamanı şəhidlik zirvəsinə yüksəlmiş sərhədçilərin ailələrini ziyarət edib. 

Müxtəlif bölgələrdə keçirilmiş görüşlərdə iştirak edən hərbi qulluqçular şəhidlərin ailə üzvləri ilə söhbətlər apararaq onların qayğıları ilə maraqlanıb, şəhidlərimizin bizlərə əmanəti olan övladlarına bayram hədiyyələrini təqdim ediblər.

Döyüşlərdə qəhrəmancasına vuruşmuş vətən övladlarının şücaətindən danışılıb, onların xatirəsinə hörmət və ehtiramın hər kəsin müqəddəs vəzifəsi olduğu vurğulanıb.

Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıq bildirib, əlamətdar günlərdə belə ziyarətlərin dövlətimizin şəhidlərə ehtiramının bariz nümunəsi olduğunu qeyd ediblər.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

 

Digər xəbərlər

0.27326011657715