Azərbaycan idmançılarının ilin ilk ayı üçün reytinq cədvəli bəlli olub

18:04 03-01-2024 | icon 968
Azərbaycan idmançılarının ilin ilk ayı üçün reytinq cədvəli bəlli olub

Gənclər və İdman Nazirliyi olimpiya idman növləri üzrə milli komandaların üzvlərinin ilin ilk ayına olan reytinq cədvəlini açıqlayıb.

Qurumdan verilən məlumata görə, bədii gimnast Zöhrə Ağamirova (610 xal) birinci pillədə qərarlaşıb.

Bədii gimnastika üzrə qrup hərəkətləri komandası (540) ikinci, cüdoçu Zelim Kotsoyev (360) üçüncü sıradakı mövqeyini qoruyub.

İdman gimnastı Nikita Simonov (355), stend atıcılığı üzrə MİX komanda (340), Hidayət Heydərov (305), Gültac Məmmədəliyeva (300), Leyla Əliyeva (280), (hamısı cüdo), idman gimnastı Nazənin Teymurova və güllə atıcısı Ruslan Lunyov (hər ikisi 250 xal) növbəti sıralarda yer alıblar.


Digər xəbərlər

0.32922506332397