Qisas qiyamətə qalmaz

11:26 05-01-2024 | icon 673
Qisas qiyamətə qalmaz

 

       Prezident İlham Əliyevin 31 dekabr 2023-cü il tarixində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində xalqın ürəyindən gələn məsələlərə toxunaraq qeyd etmişdir ki, yola saldığımız ildə ölkəmizin həyatında bir çox önəmli hadisələr baş
vermişdir.  Dövlət suverenliyimizin bərpası Azərbaycan xalqının yaddaşında əbədi
qalacaqdır.

        Üç il ərzində Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri nəinki yerinə
yetirmədi, hətta əksinə, bizə qarşı yeni hərbi təxribatlar hazırladı və onları
həyata keçirdi. Qanunsuz olaraq torpağımızda məskunlaşmış 15 minlik Ermənistan ordusu Qarabağdan çıxarılmadı. Əksinə, yeni silahlar, sursatlar, hərbi texnika, minalar Qarabağa gətirildi və bizə qarşı mina terroru davam etdirildi; Dəfələrlə Ermənistan rəhbərliyinə və onun arxasında dayanmış Qərb
ölkələrinə xəbərdarlıq edilmişdir ki, separatçı rejim özünü buraxmalıdır,
        Ermənistan ordusu bizim ərazimizdən çıxarılmalıdır, ya da ki, biz güc tətbiq edərək dövlət suverenliyimizi özümüz bərpa edəcəyik. 2023-cü ildə birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam bərpa etmişdir, işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması təmin edilmişdir, düşmən ordusu məhv edilmiş, düşmənin hərbi texnikası məhv edilmiş və ya qənimət kimi götürülmüşdür;  Azərbaycan öz dövlət suverenliyini tam bərpa etməli idi və bunu etdi. 2020-ci ildə İkinci Qarabağ müharibəsi başa çatanda bizim Bayrağımız Şuşada və azad edilmiş digər ərazilərdə qaldırılanda biz hamımız yaxşı bilirdik ki, işimiz yarımçıq qalıb. .
       Azərbaycanda separatizmin kökü kəsildi və separatizm bizim
torpağımızda bir daha baş qaldıra bilməz. Sentyabrın 19-da başlamış və cəmi bir
gün, ondan da az davam edən antiterror əməliyyatı Azərbaycan Ordusunun tam
Zəfəri ilə nəticələnmişdir. Separatçı rejim çökmüş, bizim qarşımızda diz çökmüş, ağ bayraq qaldırmış, təslim olmuş, torpaqlarımızdan əbədi olaraq çıxarılmış və tarixin zibilxanasına atılmışdır. Şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan Ordusu peşəkarlıq, qəhrəmanlıq, əsgər və zabitlərimiz fədakarlıq göstərmişlər. Həm Birinci, həm İkinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı zamanı şəhid olmuş əsgər, zabitlərimizin, mülki şəxslərin, Xocalı qurbanlarının qisası döyüş meydanında alınmışdır.

       Heç bir ittiham, heç bir təzyiq bizim iradəmizə təsir edə bilmədi.
Azərbaycan xalqı yaxşı xatırlayır ki, dünyada, xüsusilə Qərb ölkələrində
Ermənistanın arxasında dayanan, onlara daim dəstək göstərən ölkələrdə nə qədər
hay-küy qaldırılmışdı, bizə qarşı əsassız ittihamlar irəli sürülmüşdü. Biz haqq
yolundayıq, öz sərhədimizi özümüz nəzarətə götürmüşük və heç kimə imkan
vermərik ki, bizim torpağımızda at oynatsın. Hər bir Azərbaycan vətəndaşı, dünyad ayaşayan hər birazərbaycanlı haqlı olaraq qürur hissi keçirir.

Kəramət Həsənov,

təqaüdçü,  Azərbaycan Respublikasının Əməkdar müəllimi


Digər xəbərlər

0.25157189369202