Gücümüz birliyimizdədir

11:29 05-01-2024 | icon 630
Gücümüz birliyimizdədir

       Prezident İlham Əliyevin 31 dekabr 2023-cü il tarixində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində səsləndirilən müddəalar hər bir azərbaycanlı tərəfindən ürəkdolusu razılıq duyğuları ilə qarşılanmışdır. Dövlətimizin başçısı qeyd etmişdir ki, ardıcıl nailiyyətlər, yeni perspektivlər “Heydər Əliyev İli” olaraq möhtəşəm nailiyyətlərlə dövlətçilik tariximizə əbədi həkk olunan 2023-cü il ölkəmizin qarşısında yeni perspektivlərin açılması ilə əlamətdar oldu. Ötən il həm daxili arenada, həm də beynəlxalq müstəvidə görülən işlər - siyasi, iqtisadi, diplomatik nailiyyətlər əsas hədəfə - qalib Azərbaycanın milli gücünün və nüfuzunun artmasına, tarixi Zəfərin möhkəmləndirilməsinə çevrilməsinə xidmət etməklə real nəticələr verdi.
         Prezident İlham Əliyevin “Dünya azərbaycanlılarının II qurultayının keçirilməsi  haqqında” 2006-cı il 8 fevral tarixli Sərəncamına uyğun olaraq, həmin il martın 16-da Bakıda keçirilən növbəti mötəbər toplantı xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi istiqamətində yeni addım olmuş, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində əhəmiyyətli rol oynamışdır.  Diaspor siyasətinin yeni inkişaf mərhələsi. Dünya Azərbaycanlılarının I qurultayında yaradılmış Əlaqələndirmə Şurasının 2008-ci il dekabrın 18-də Bakıda keçirilmiş iclası və həmin toplantıda “Dünya Azərbaycanlılarının Xartiyası”nın qəbulu birlik və mütəşəkkilliyinin artması, tarixi Vətənlə əlaqələrinin möhkəmlənməsi, diaspor potensialının möhkəm amilə çevrilməsini göstərməklə yanaşı, müstəqil Azərbaycanın bütün dünya azərbaycanlıları üçün cazibə mərkəzi olduğunu da bir daha təsdiqlədi.  
       Dünya azərbaycanlılarının təşkilatlanmasında Azərbaycan Diasporuna
Dəstək Fondu əhəmiyyətli təsisatdır. Azərbaycan Diasporuna Dəstək Fondu
Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə dəstək vermək, onların maddi-texniki bazasını möhkəmləndirmək, milli-mənəvi dəyərlərimizi inkişaf etdirmək və dünyada daha geniş tanıtmaq, xaricdə yaşayan azərbaycanlıların sosial müdafiəsini gücləndirmək və bu sahəyə dövlət dəstəyinin ünvanlılığını təmin etmək məqsədilə Prezident İlham Əliyevin 2018-ci 6 iyul tarixli Fərmanı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondu yaradıldı. Prezidentin təşəbbüsü ilə 2019-cu ildə “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı təsis edildi;
       Prezident İlham Əliyev demişdir: “Müqəddəs Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli
təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya
ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə
olmuşdur.” Vətən müharibəsində dünyanın bütün ölkələrində yaşayan
azərbaycanlılar da tarixdə görünməmiş dərəcədə fəallıq göstərdilər, daha sıx
birləşdilər. Yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsinin eşidilməsi üçün səylərini əsirgəmədilər. Vətən müharibəsi Azərbaycan xalqının birliyini, hər zaman Ali Baş Komandan, Prezident İlham Əliyevin sıx birliyini bir daha nümayiş etdirdi.

Ofeliya Qəhrəmanova,

Cəlilabad rayonu, Heydər Əliyev Mərkəzinin direktoru


Digər xəbərlər

0.24437189102173