“Günahkarlar ciddi şəkildə cəzalandırılacaq” - Anar Ələkbərov

18:25 09-01-2024 | icon 1026
“Günahkarlar ciddi şəkildə cəzalandırılacaq” - Anar Ələkbərov

“Azərbaycan Prezidenti baş verən hadisənin araşdırılması və günahkarların müəyyən edilərək ciddi şəkildə cəzalandırılmasını tapşırıb”.

Bunu açıqlamasında Prezidentin köməkçisi Anar Ələkbərov deyib. O qeyd edib ki, sözügedən hadisə dövlət başçısı və birinci xanım Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb.

 
 

Hadisə yerində olan Anar Ələkbərov hazırda digər dövlət rəsmiləri ilə birgə yanğında zəhərlənənlərə baş çəkməyə getdiklərini də əlavə edib.

Xatırladaq ki, bu gecə Respublika Perinatal Mərkəzində yanğın baş verib. Mərkəzin Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 körpənin meyiti aşkar olunub.


Digər xəbərlər

0.26917910575867