Zahir Axundov: "Bu güclü liderin düşünülmüş siyasətinin, ədalətin təntənəsidir"

07:50 25-01-2024 | icon 1598
Zahir Axundov:

"Prezident İlham Əliyevin cari ilin 10 yanvar tarixində yerli televiziya kanallarına müsahibəsində cəmiyyətə yeni, çox mühüm fikirlər açıqlamış, ölkəmizdə və xarici aləmdə baş verən hadisələrin həqiqi təhlilini vermişdir".

Bu fikirləri saytımıza açıqlamasında Lənkəran RMX-nin poliklinika şöbəsinin müdiri Zahir Axundov söyləyib.

Şöbə müdiri bildirib ki, dövlətimizin başçısı qeyd qeyd etdiyi kimi son 20 ilin tarixi göz qabağındadır və əsas məsələ ondadır ki, 2003-cü ildə Azərbaycan xalqı düzgün seçim etmişdi:

"Müstəqil tariximizin ən həlledici məqamı məhz 2003-cü il idi. Çünki o vaxt ölkəmizin gələcəyi ilə bağlı konseptual yanaşma tam özünü təsdiqləmişdi, yəni, Heydər Əliyev siyasəti davam etdirildi. Əgər tarix başqa istiqamətdə getsəydi, bilmək olmaz, xalqımız hansı bəlalar, faciələrlə üzləşəcəkdi.
     Yaxın tarixə, müstəqilliyimizin ilk iki ilinə nəzər yeirdikdə əyani şəkildə görürük ki, güclü lider olmadan və düşünülmüş siyasət olmadan istənilən ölkə, xüsusilə gənc müstəqil ölkə çox ciddi təhlükələrlə üzləşə bilər. Doğrudan da 2003-cü ildə əsası 1993-cü ildə qoyulmuş siyasətə bir daha dəstək verildi.      

       Bugünkü reallıqları biz 2003-cü illə yox, 1993-cü illə müqayisə etməliyik. Məhz o zaman Azərbaycan inkişaf yoluna qədəm qoydu, sabitlik təmin edildi.

        Müasir tariximizin yeni dövrü isə Qarabağdakı zəfərimizlə bağlıdır. 2020-ci ilin      8 noyabrında Üçtərəfli Bəyanatın qəbul edilməsi bizim böyük siyasi
uğurumuzdur. Şuşa işğaldan azad olunmasaydı, lazım olan şərtləri biz o Bəyanata saldıra bilməzdik. Yəni, bizim Qələbəmiz, güclü olmağımız imkan verdi ki, biz hətta bu məsələyə aid olmayan şərtləri də oraya saldıraq. 23 aprel hadisələri çox önəmli bir tarixdir. Bu tarixdə bizim ərazi bütövlüyümüz tam bərpa edildi. Bütün sərhədlərə biz nəzarət etməyə başlamışdıq və bir daha göstərdik ki, bu torpaqların sahibləri bizik. Önəmli mesaj. Türkiyə Prezidenti müharibənin ilk günündən son gününə qədər bizim yanımızda idi və Azərbaycana verdiyi siyasi və mənəvi dəstək bir çoxlarına bir mesaj idi.

         Fikrimcə, yeni dövrün ən mühüm hissəsi 2023-cü il sentyabrın 20-dən sonra başlayır. Sentyabra qədər getdiyimiz yol məqsədyönlü yol idi, məqsədə hesablanmış yol idi, düzgün yol idi. İstər siyasi müstəvidə, istər hərbi müstəvidə, istər ölkəmizdə gedən proseslər nöqteyi-nəzərindən bu hadisə bütün işlərimizin son nidası idi.

       Uzun illərdən sonra biz, nəhayət ədalətin təntənəsinin şahidi olduq. Amma bilməliyik ki, güclü lider olmadan heç bir məqsədə nail olmaq mümkün deyil. Qazandıqlarımızı qoruyub saxlamaq hazırda ali məqsədimizdir və bunu hamımız aydın dərk etməliyik. Prezidentin öz müsahibəsində tövsiyə etdiyi kimi, ədalətə inanmaq lazımdır. Sağlam cəmiyyətin yaranması və möhkəmlənməsi üçün bu amil çox önəmlidir. Ona görə ədalətə inanmaq üçün əsas olmalıdır. Ədalət özü-özünə gəlmir, ədaləti sən gərək təmin edəsən. Bu mənada Ulu Önərimiz Heydər Əliyevin siyasi kursunu ləyaqətlə davam etdirən cənab İlham Əliyevə minnətdarıq". 


Digər xəbərlər

0.27337598800659