Vatsapda bu da mümkün olacaq

06:40 10-01-2024 | icon 1071
Vatsapda bu da mümkün olacaq

Vatsap istifadəçiləri tətbiqdə stikerlər yaratmağa və redaktə etməyə imkan verən yeni funksiyadan istifadə edə biləcəklər.

Bu barədə “WABetaInfo” portalı məlumat yayıb.

 
 

“Vatsap stikerlərinin yaradılması funksiyası, eləcə də fon silmə aləti istifadəçilərə üçüncü tərəf alətlərindən istifadə etmədən stikerləri cəld yaratmağa və redaktə etməyə imkan verəcək”, - portal vurğulayıb.

Yeni seçim artıq “TestFlight” proqramından iOS üçün vatsapın ən son versiyasını quraşdırmış bəzi beta testçiləri üçün əlçatandır. Yaxın gələcəkdə funksiyanın geniş istifadəçilər üçün əlçatan olacağı gözlənilir.


Digər xəbərlər

0.22194910049438