Fitnəkarlıqdan vandalizmə

17:18 12-01-2024 | icon 1543
Fitnəkarlıqdan vandalizmə

        Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 10-da yerli televiziyalara verdiyi müsahibə ictimaiyyətin dəri marağına cəbəb olub. Düşünürük ki, xalqımızın yeganə inam yeri məhz dövlət başçısının müsahibədəki açıqlamalardır.  

        Prezident söylədi ki, antiterror əməliyyatı çox uğurla, peşəkarlıqla keçirilmişdir, hərbçilərimiz böyük qəhrəmanlıq göstərmişdilər. Biz bütün nəzərdə tutduğumuz mövqelərə çıxdıq, bütün kommunikasiyalara sahib olduq, bütün təpələri götürdük və faktiki olaraq separatçıların təslim olmaları qaçılmaz idi.

       Xankəndidə təqribən 15 minə yaxın hərbçi xidmət göstərirdi. Onlar daha
tez təslim oldular. Ondan sonra, sadəcə olaraq, bizim şərtlərimizi onlar müzakirə edirdilər. Ancaq biz hansı şərt qoymuşduqsa, o şərt təmin edildi.  Bizim məqsədimiz orada Ermənistan ordusunu məhv etmək yox, oradan Ermənistan ordusunun çıxarılması idi və biz bu müraciəti dəfələrlə etmişdik. Bütün prosesdə müdaxləçi rolunu oynayan Fransa hərəkətlərimizə hər vəchlə Azərbaycan-Fransa münasibətlərinin tarixinə nəzər salsaq, hər şey çox yaxşı başlamışdı. Həm 1990-cı illərdə, həm də artıq 2003-cü illərdən sonra münasibətlər kifayət qədər normal idi. Bütün hallarda balans qorunub saxlanılırdı. Balans, hətta Fransa tərəfindən İkinci Qarabağ müharibəsinə qədər pozulmuşdu və bu, görünür ki, Fransanın xarici siyasətində fundamental
əsasların nəsil dəyişikliyi səbəbindən baş vermişdi. Öz ölkəsində və beynəlxalq arenada böyük nüfuz sahibi olan insanlar siyasət səhnəsindən getdilər və ümumilikdə, təsadüfi adamlar – populistlər, demaqoqlar gəldilər və bunun nə ilə nəticələndiyini hamımız görürük. Fransa ilə münasibətlərin gərginləşməsi artıq İkinci Qarabağ müharibəsi
zamanı başladı. Həmin vaxt 44 gün ərzində Fransa Prezidenti dəfələrlə zəng edirdi və baş verənlərə öz münasibətini bildirirdi;  Müharibə Prezident Makronun və ya hər hansı başqa şəxsin deyil, Putinin vasitəçiliyi ilə dayandırıldı. Üçtərəfli Bəyanat da Fransa, Azərbaycan və Ermənistan arasında deyil, Rusiya, Azərbaycan və Ermənistan arasında imzalandı. Fransa artıq heç bir başqa amillərlə maskalanmayaraq açıq şəkildə anti-Azərbaycan fəaliyyəti aparmağa başladı.

       Cənab İlham Əliyev öz müsahibəsində onu da vurğuladı ki, Fransada Natəvanın heykəlinin təhqir edilməsi vandalizm aktıdır. Burada onlar praktik olaraq ermənilərdən az fərqlənirlər.   

       Prezident bəyan edib ki, bu gün baş verənlər BMT Təhlükəsizlik Şurasında və Avropa İttifaqında bir fiaskodur, onların Avropa parlamentindəki nümayəndələri vasitəsilə bizə müəyyən mənada zərər vermək, ola bilər ki, hətta “qıcıqlandırmaq” kimi boş cəhdlərinin hamısı faydasızdır. Təbii ki, biz yolumuza davam edəcəyik. Qoşulmama Hərəkatında sədrliyimiz başa çatır, amma Bakı Təşəbbüs Qrupu yaşayacaq, biz fransız neokolonializminin ifşa olunmasını və fransız müstəmləkələrinin Fransanın zülmündən azad olunması prosesini dəstəkləyəcəyik.

 

Arif Nəcəfov,

Cəlilabad rayon Statistika İdarəsinin rəisi  


Digər xəbərlər

0.26164603233337