Bakıda avarçəkmə məşqlərinin keçirilmə vaxtları açıqlandı
Avarçəkmə idman növünün təbliği, təşviqi, kütləviliyin artırılması və inkişafı yönündə xidmət göstərən Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası Bakıda mütəmadi avarçəkmə məşqləri keçirir.
Məşqlər həftənin bütün günləri təşkil edilir.
Paytaxtda avarçəkmə məşqləri Bulvar ərazisində Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının inzibati binasının yaxlınlığında Xəzər dənizində keçirilir. Məkan Suraxanı Gəmi Muzeyi və Su İdman Sarayına da yaxın ərazidə yerləşir.
Məşqlər beynəlxalq dərəcəli, əməkdar məşqçi Samir Məmmədov, respublika dərəcəli, əməkdar məşqçi İlham Qafarov, birinci dərəcəli məşqçi Larisa Axundova və beynəlxalq sertifikatlı Viktor Ozerov tərəfindən aparılır.
Məşq saatları bazar ertəsi, çərşənbə axşamı, çərşənbə, cümə axşamı, cümə və şənbə günləri saat 15:30-dan 18:00-a qədər. Bazar günü isə səhər 9:30-dan 13:00-a qədər keçirilir.
Qeyd edək ki, məşqlər uşaq və yeniyetmələr üçün ödənişsizdir.
Bazar ertəsi
15:30-18:00
Çərşənbə axşamı
15:30–18:00
Çərşənbə
15:30 – 18:00
Cümə axşamı
15:30 – 18:00
Cümə
15:30 – 18:00
Şənbə
15:30 – 18:00
Bazar
09:30 – 13:00
-
“Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirilib - FOTO
...
-
Ədəhim Nifrəliyev: "Qələbəyə çox ehtiyacımız vardı"
...
-
"Prezident Kuboku-2024": Beynəlxalq reqataya hazırlıqlar başa çatıb
...
-
Mehriban Əliyevadan Ülviyyəyə təbrik - “Səninlə fəxr edirəm!”
...
-
Albaniya - Azərbaycan matçının saatı və məkanı açıqlandı
...
-
Ülviyyə Fətəliyeva Avropa çempionu oldu - Tarixə düşdü
...
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
...
-
Azərbaycan çempionatında mövsümün rekordu
...
-
Avarçəkənimiz Paris-2024-ə lisenziya qazanıb
...
-
Daha bir cüdoçumuz Avropa çempionu oldu
...