“Neftçi” İdman Klubunun boks üzrə məşqçiləri ilə görüş keçirilib
“Neftçi” İdman Klubunun boks üzrə məşqçiləri ilə görüş keçirilib.
Klubun inzibati binasında təşkil olunan tədbirdə sonuncu respublikadaxili yarışlar təhlil olunub və boksun hazırkı durumu ilə bağlı müzakirələr aparılıb. İstedadlı yeniyetmələrdə bu idman növünə marağın yaradılmasından söhbət açılıb və daha çox uşağın cəlb edilməsi ilə bağlı müxtəlif fikirlər söylənilib.Sonra cari ildə qarşıda duran vəzifələr müzakirəyə çıxarılıb. Yeni ilin başlanması ilə əlaqədar görüləcək işlərlə bağlı məlumat verilib, planlar açıqlanıb. Daha sonra məşqçilərin çıxışları dinlənilib və fikir mübadiləsi aparılıb. Onların dilə gətirdiyi mövcud problemlərin klub tərəfindən tez bir zamanda aradan qaldırılacağı və onlara hər cür dəstəyin veriləcəyi vurğulanıb. Məşqçilər 2024-cü ildə daha böyük nailiyyətlər qazanmaq üçün var gücləri ilə çalışacaqlarını bildiriblər.
Tədbirin sonunda məşqçilər göstərilən qayğıya görə SOCAR-ın və “Neftçi” İdman Klubunun rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...
-
Mariya Stadnik tarix yazdı
...
-
Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib - FOTO
...
-
Sabiq icra başçısının oğluna yüksək vəzifə verildi
...
-
"Bakı Abadlıq Xidməti" tikinti, quruculuqla yanaşı, həm də abadlaşdırdığı kəndlərdə sağlam, yaradıcı mühit yaratmağa cəhd edir" - FOTOLAR
...
-
Aygün Kazımova Azərbaycan Kubokunun finalından öncə çıxış edəcək
...
-
Bu gün Avroliqada finalçılar müəyyənləşir
...
-
Kamran Nəbizadə TAF-ın prezidenti ilə görüşüb
...
-
Nazir Ülviyyəni qəbul etdi
...
-
Bakı dünyanın “İdman Paytaxtı” seçildi
...