Bakıdan Sumqayıta ekspres marşrut xətti açılır

18:07 19-01-2024 | icon 222
Bakıdan Sumqayıta ekspres marşrut xətti açılır

Yanvarın 21-dən Bakı - Sumqayıt istiqamətində yeni marşrut xətti fəaliyyətə başlayır.

 

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Sumqayıt və Bakı arasında ekspress avtobusların fəaliyyətə başlaması ilə bağlı məlumat yayıb.

Bildirilir ki, Sumqayıtdan Bakı şəhəri istiqamətinə ictimai nəqliyyatın təşkili ilə bağlı sərnişin tələbatı nəzərə alınaraq AYNA tərəfindən Sumqayıt şəhər Avtovağzalını Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə əlaqələndirəcək yeni ekspress marşrut xətti təşkil edilib.

21 yanvar tarixindən fəaliyyətə başlayacaq ekspress avtobuslar Sumqayıt Avtovağzalı, “Bağçalı evlər” yaşayış kompleksi, Sumqayıt dairəsi, Ceyranbatan qəsəbəsi, Avtovağzal metro stansiyası, Bakı Beynəlxalq Avtovağzal Kompleksi marşrutu üzrə hərəkət edəcək.

Sərnişinlərin rahat, sürətli və təhlükəsiz daşınması üçün səfərlər Neoplan markalı 48 yerlik komfortlu avtobuslarla həyata keçiriləcək. Xətdə 14 avtobus 11 dəqiqə intervalla sərnişinlərə xidmət göstərəcək.

Ekspress avtobuslarda gedişhaqqı 0.80 azn təşkil edir. Ödənişlər nağdsız qaydada olacaq.

Qeyd edək ki, “BakıKart”ın balansını artırmaq üçün həm Bakı Beynəlxalq Avtovağzal Kompleksi, həm də Sumqayıt avtovağzalında ödəniş terminalları yerləşdirilib. Sərnişinlər, həmçinin “BakıKart” mobil tətbiqi üzərindən QR kod vasitəsilə də ödənişlərini edə bilərlər.


Digər xəbərlər

0.23531293869019