Salyan rayonunda “20 Yanvar” faciəsinin 34-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib
Azərbaycan xalqının tarixinə qanlı yanvar faciəsi kimi daxil olan 20 yanvar faciəsindən 34 il keçməsinə baxmayaraq, xalq hər il bu faciə qurbanlarının xatirəsini yad etməyi özünün müqəddəs borcu hesab edir. Salyan rayonunda Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar faciəsinin otuz dördüncü ildönümü ilə əlaqədar anım tədbiri keçirilmişdir. Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq mühafizə orqanlarının rəhbərləri, N-saylı hərbi hissənin əsgərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.
Tədbir iştirakçıları “20 Yanvar şəhidləri abidə-kompleksi" ni, 20 Yanvar şəhidi Elçin İmanovun məzarını, Şəhidlər xiyabanını və “Şəhidlər” xatirə kompleksini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzərək ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini ehtramla yad etmişlər.
Anım mərasimindən sonra rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, 20 Yanvar şəhidi Elçin İmanovun ailəsinə baş çəkmiş, valideyinləri ilə görüşmüşdür. Yanvarın 20-də Bakı vaxtı ilə saat 12.00-da ölkənin hər yerində olduğu kimi Salyan rayonunda da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
-
Nəcəf Novruzov barədə böhtan yazanların nəzərinə
...
-
Azərbaycanda media azadlığı təmin edilir
...
-
Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
...
-
COP29-a ev sahibliyi həm şərəf, həm də məsuliyyət deməkdir
...
-
Ölkəmizin mövcud potensialının təzahürü
...
-
İkitərəfli münasibətlərin bəhrəsi
...
-
Strateji mahiyyəti kəsb edən əlaqələr
...
-
"Qurultay türk dövlətlərinin səhiyyə sistemində müştərək layihələrin həyata keçirilməsinə təkan verəcək" - Birinci Türk Dövlətləri Kardioloji Qurultayının sədri, professor Gülnaz Dadaşova
...
-
Nəcib insan, Bacarıqlı təhsil təşkilatçısı - Çoşqun Əliyev haqqında böhtan yazanların nəzərinə
...
-
Abşeronda akademik Zərifə Əliyevanın xatirəsi anıldı - Fotolar
...