Hacıqabulda “20 Yanvar” faciəsinin 34-cü ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirildi

15:10 20-01-2024 | icon 1075
Hacıqabulda “20 Yanvar” faciəsinin 34-cü ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirildi

20 yanvar 2024-cü il tarixdə Hacıqabul rayonunda “20 Yanvar” faciəsinin 34-cü ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirildi.

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, rayon hüquq mühafizə orqanlarının rəhbərləri, aparatın məsul işçiləri, idarə, müəssisə və təşkilatların rəhbər şəxsləri və kollektivi, rayon sakinləri və şəhid ailələrinin üzvləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.

Tədbir iştirakçıları Şəhidlər xiyabanında “20 Yanvar” şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə və şəhid məzarları üstünə gül-çiçək dəstələri düzərək ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən vətən övladlarının xatirəsini böyük hörmətlə anıblar.


Digər xəbərlər

0.23500895500183