Abşeronda şəhid Vüqar Eyvazov 35-ci doğum günündə anılıb

18:46 24-01-2024 | icon 168
Abşeronda şəhid Vüqar Eyvazov 35-ci doğum günündə anılıb

Abşeronda şəhid Vüqar Eyvazov 35-ci doğum günündə yad edilib.

Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı şəhid olan Eyvazov Vüqar Eyvaz oğlunun anım günüdür.

Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və şəhid ailələri iştirak edib.

İştirakçılar Fəxri Xiyabanda vətənimizin azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın məzarlarını ziyarət ediblər.

 
 
 

Şəhid V.Eyvazovun ailə üzvləri ilə görüşən RİH başçısı Abdin Fərzəliyev ailənin qayğıları ilə maraqlanıb.

Qeyd edilib ki, xalqımızın qalib gəldiyi 44 günlük müharibədə minlərlə qəhrəman oğullarımız silaha sarılaraq torpaqlarımızın azadlığı uğrunda döyüşüb.

3-cü dərəcəli “Vətənə xidmətə görə”, “Vətən uğrunda”, “Vətən müharibəsi iştirakçısı” və“Cəsur döyüşçü” medallarına layiq görülən kapitan Eyvazov Vüqar Eyvaz oğlu da həmin qəhrəmanlardan biri olub.

V.Eyvazovun da böyük şücaət göstərdiyi lokal xarakterli antiterror əməliyyatlarından sonra Azərbaycanın ərazi bütövlüyü tam təmin edilib.

 

 









Digər xəbərlər

0.26338911056519