Qurban Qurbanovla Xabi Alonsonun maraqlı söhbəti - Video
“Bayer”in düşərgəsində olan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu gün Leverkuzen təmsilçisinin çalışdırıcısı Xabi Alonso ilə yenidən görüşüb.
Qurbanov Almaniya klubunun məşq prosesini izləyərkən Alonso ona yaxınlaşıb, məşqçilər arasında qısa və səmimi söhbət olub.
İspaniyalı mütəxəssis Avropa Liqasının pley-off mərhələsində “Braqa” (Portuqaliya) ilə keçiriləcək oyunlarda “Qarabağ”ı dəstəkləyəcəyini bildirib. Q.Qurbanov da həmkarına həm Bundesliqada, həm də Avropa Liqasında uğurlar arzulayıb. O, “Bayer”in hər iki yarışın qalibi olmasını istədiyini söyləyib.
Xatırladaq ki, “Bayer” Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olub. Həm “Bayer”, həm də “Qarabağ” qrupdan çıxaraq pley-offa yüksəlib.
-
"Bakı Abadlıq Xidməti" tikinti, quruculuqla yanaşı, həm də abadlaşdırdığı kəndlərdə sağlam, yaradıcı mühit yaratmağa cəhd edir" - FOTOLAR
...
-
Aygün Kazımova Azərbaycan Kubokunun finalından öncə çıxış edəcək
...
-
Bu gün Avroliqada finalçılar müəyyənləşir
...
-
Kamran Nəbizadə TAF-ın prezidenti ilə görüşüb
...
-
Nazir Ülviyyəni qəbul etdi
...
-
Bakı dünyanın “İdman Paytaxtı” seçildi
...
-
Arif Əsədov: "Əsas şərt idman prinsipinin qorunmasıdı"
...
-
Kənan Məstəliyev: "Onları qeyri-peşəkar hesab edirəm"
...
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində finalçılar müəyyənləşib
...
-
Avarçəkmə Federasiyası “Bakı Marafonu-2024”də iştirak etdi - Fotolar
...