Azərbaycan imkan verməz ki, başqa ölkələr və təşkilatlar onun taleyini müəyyən etsin

10:37 26-01-2024 | icon 266
Azərbaycan imkan verməz ki, başqa ölkələr və təşkilatlar onun taleyini müəyyən etsin

Avropa Şurası Parlament Assambleyası (AŞPA) oktyabr ayında “Dağlıq Qarabağda humanitar vəziyyət” adlı 2517 (2023) saylı qətnmamə qəbul etdi. Qətnamə ilə ilk tanışlıqdan məlum olur ki, o, əvvəldən axıra qədər riyakar, qərəzli və reallıqdan uzaq, Azərbaycana qarşı əvvəlcədən planlaşdırılmış böhtan kampaniyasının növbəti təzahürüdür. Qətnamənin adından göründüyü kimi, AŞPA məqsədyönlü şəkildə Azərbaycan Respublikasına hörmətsizlik nümayiş etdirir. Belə ki, Azərbaycanda “Dağlıq Qarabağ” adında inzibati və coğrafi ərazi yoxdur. AŞPA üzvlərinin “Dağlıq Qarabağ” adlandırdıqları ərazi inzibati baxımdan Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsi, coğrafi baxımdan isə Azərbaycanın Qarabağ bölgəsinin yuxarı və ya dağlıq hissəsidir.Eyni zamanda, qətnamənin 1-ci maddəsində Assambleya Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirsə də, dərhal Azərbaycanın öz suveren ərazisində 19 sentyabr 2023-cü ildə həyata keçirdiyi lokal antiterror tədbirlərini “hərbi əməliyyat” adlandıraraq qətiyyətlə pislədiyini vurğulayır. Beləliklə, AŞPA üzvləri heç bir tərəddüd etmədən Azərbaycanın suveren ərazisində qeyri-qanuni fəaliyyət göstərən, azərbaycanlı mülki əhaliyə, hərbçilərə və hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı terror təxribatları törədən separatçı erməni silahlı qruplarına dəstək nümayiş etdirmişdir.

      AŞPA-dakılar Azərbaycana təzyiq edirlər ki, rəsmi Bakı onların dediklərinə əməl etsin, onların əlində siyasi alətə çevrilsin. Azərbaycan imkan verməz ki, başqa ölkələr və təşkilatlar onun taleyini müəyyən etsin. Azərbaycanın bu addımını düzgün qiymətləndirirəm. Bundan sonra AŞPA öz siyasi xəttində və mövqeyində dəyişiklik etməsə, Azərbaycana qarşı əsassız və hüquqi əsası olmayan ittihamları davam etdirsə, Azərbaycan həmin təşkilatda öz fəaliyyətini bərpa etməyəcək”.

Mehriban Mənəfova

Saatlı rayon MKS-nin Xidmət şöbəsinin baş kitabxanaçısı

 

 

 

 


Digər xəbərlər

0.24930906295776