Premyer Liqa: "Neftçi" "Qəbələ"ni məğlub edərək ikinci pilləyə yüksəlib

01:27 29-01-2024 | icon 432
Premyer Liqa:

Futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura yekun vurulub.

Günün ikinci matçında "Qəbələ" "Neftçi"nin qonağı olub.

Qarşılaşma "ağ-qaralar"ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Meydan sahiblərinin heyətində kapitan Emin Mahmudov 61-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. 67-ci dəqiqədə Dieqo Valdes fərqi iki topa çatdırıb. 90+5-ci dəqiqədə yeni transfer Brayan Moreno adını tabloya yazdırıb.

59-cu dəqiqədə Zurab Oçiqava birbaşa qırmızı vərəqə alaraq qonaqları azlıqda qoyub. 87-ci dəqiqədə Emil Səfərov "Qəbələ"nin yeganə qoluna imza atıb.

Bu nəticədən sonra xallarının sayını 32-yə çatdıran "Neftçi" 2-ci pilləyə yüksəlib. "Qırmızı-qaralar" 14 xalla sonuncu - 10-cu yerdədir.

Qeyd edək ki, günün ilk matçında "Sumqayıt" "Araz-Naxçıvan"la heç-heçə edib - 1:1. XX turda "Turan Tovuz" "Səbail"i (3:1), "Qarabağ" "Kəpəz"i (2:1), "Sabah" isə "Zirə"ni (1:0) məğıub edib.


Digər xəbərlər

0.24040818214417