"Hava şərairi uğurumuzun ardını əngəllədi"

01:28 29-01-2024 | icon 397

Region Liqasında uğurlu çıxışıyla seçilən "Göyəzən" 7-ci turdakı oyunu baş tutmayıb.

"Azeripress.az" xəbər verir ki, hava şəraitin əlverişsizliyinə görə Qazax təmsilçisinin doğma publika önünə "Ağstafa Gəncləri" ilə qarşılaşması təxirə salınıb.

Qazaxlılar son 5 oyunda ardıcıl qələbələr sıralamaqdaydı. Bəs belə uğurlu çıxışdan sonra komandanın matçının təxirə salınçası klubdakı yüksək abu-havaya mənfi təsir etməyəcək? Bu sualı aydınlaşdırmaq üçün "dağlılar"ın baş məşqçisi Elxan Muradovdan reaksiya almağa çalışdıq:

"Qazaxa qar yağdığından stadionumuzda oyunu keçirməyə imkan vermədi. Düşündük ki, qar kəssə qazonu təmizləyib, matçımızı keçirərik. Amma hava şəraiti daha da kəskinləşdi. Hazırda qazonubuz qarlı, buzludu. Ardıcıl 5 oyun idi qələbələr qazanırdıq. Təbii ki, görüşün təxirə salınması hazırda komandamızdakı yüksək əhval-ruhiyyəmizə təsirsiz ötürməyəcək. Çünki, "Balakən" səfərində böyükhesablı zəfərdən sonra doğma meydanda uğur qazanmaq niyyətintəydik. Təəssüf ki, mövcud hava şəraiti buna imkan vermədi. İndi başlıca məqsəd futbolçularımı növbəti oyuna qələbə üçün kökləməkdi. Çətin olacaq. Amma öhdəsindən gəlməyə çalışacağıq".

ABDULLA İSMAYILOĞLU


Digər xəbərlər

0.23880290985107