Bəzi media orqanları Gülnaz Dadaşova haqqında böhtan yazmağı özləri üçün pis bir vərdişə çeviriblər

09:37 05-02-2024 | icon 287
Bəzi media orqanları Gülnaz Dadaşova haqqında böhtan yazmağı özləri üçün pis bir vərdişə çeviriblər

"Reket jurnalistika" yenə iş başındadır. Bu dəfə bəzi "jurnalistlər" professor, tibb elmləri doktoru, C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşova haqqında ağlına nə gəldi onu da qələmə alır.

İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Gülnaz Dadaşovanı tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda çalışan əqidə adamıdır.

Düzdür, səhiyyə problemi bir çox ölkələrdə tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem Azərbaycan kimi yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir.

Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni də hər zaman düşündürüb.

Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.

Bu yaxınlarda yenə də yolumu Elmi-Tədqiqat Kardiologiya İnstitutundan saldım. Həkimlər iş başında idilər. Hər tərəfdə təmizlik, səliqə-səhman göz oxşayırdı. Gün ərzində bir neçə xəstə yaxını ilə söhbət etdim, onlara göstərilən tibbi xidmətin səviyyəsi ilə, hər hansı neqativ hallarla rast gəlib-gəlmədikləri ilə maraqlandım. Həmsöhbətlərim çox səmimi cavab verdilər. Qeyd etdilər ki, buranın tibb bacılarından, bütün həkimlərdən çox razıyıq. Həkimlərimz düzgün müayinə-müalicə aparır, tövsiyələrini bizdən əsirgəmirlər:

"Sağolsun institutun rəhbərliyi, bizi həmişə diqqətdə saxlayıb. Problemimiz olanda, müraciət edirik, bizi incitmirlər. Rahatlıqla dərdimizi deyirik. İmkan daxilində köməkliyini göstərir, bizi dar vəziyyətdə qoymurlar.Direktordan, baş həkimdən, şöbə müdirlərindən çoz razıyıq. Onlara öz təşəkkürümüzü bildiririk".

Bəzi media orqanları isə Gülnaz Dadaşova haqqında böhtan yazmağı özləri üçün pis bir vərdişə çeviriblər. Görünür, kimlərsə direktor barədə ağlına və ağzına gələni yazmağı “peşə borcu” sayırlar.

Həmin KİV nümayəndələrinə xatırlatmaq istəyirik ki, bizlərə məlumdur ki, bu cızma-qaraları kim nə məqsədə yazdırır. Ancaq bu dərəcədə də olmaz. Əsl ziyalı olan bir insana qarşı bələ münasibət yolverilməzdir. Unutmayın bu davranışlar ictimaiyyət tərəfindən ikrahla qarşılanır. Real olan budur ki, Gülnaz Dadaşova həm kollektiv həm də pasientlər tərəfindən sevilir, hörmətlə qəbul edilir. Çünki o, oliqarx deyil və ömrü boyu hansısa post uğrunda mübarizə aparmayıb. Mübarizə apardığı bir sahə olub, o da ona tapşırılan vəzifədir ki, bu sahədə də ən böyük uğuru qazanıb. Bu uğur xalqa məxsusdur. Baxın, ədalətli mövqe budur. Ədalətli mövqe insana onun üçün sərf etdi-etmədi deyil, real olanı danışmaqdır. Ədalətsizlik cəmiyyətdə ölüm virusu tək təhlükəlidir, imkan vərsəniz ənənəvi hal alar. Amandı, gələcək nəsillər naminə cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın.

Mətbuatdan anlayışı olmayan və şər-böhtanla məşğul olan insanlar düşünmürlər ki, bir şəxs barədə fakta əsaslanmadan yalan və şantaj xarakterli xəbər yazmaq nə dərəcədə düzdür? Onun nüfuzuna xələl gətirməyə çalışan və şantaj xarakterli məlumatlar yazan bu saytların çirkin əməlləri niyə ifşa edilmir? Həmin saytlar bəzi adamların sifarişi ilə tənqidi yazılar hazırlayaraq Gülnaz Dadaşovanı nüfuzdan salmağa çalışırlar.

Həmin yazıları hazırlayan insanlar düşünməlidilər ki, uzun illər dövlətçiliyə sədaqətlə xidmət edən Gülnaz xanımı şantaj yolu ilə ləkələyib gözdən sala bilməyəcəklər.

Odur ki, belə əsassız məlumatları yayanlar söz azadlığını yalan və böhtan azadlığı kimi başa düşməkdən əl çəkməlidirlər. Unutmamalıdırlar ki, belə cılız qarayaxmalar bütövlükdə KİV-ə inamı azaldır, mətbuatın ümumi nüfuzuna xələl gətirir.

Qeyd edim ki, Azərbaycan jurnalistikasında analogiyalardan istifadə etmək kimi uğursuz bir təcrübə yayılmaqdadır.

Məsələn, hansısa bir məmur qanunsuzluğa rəvac verdiyinə görə işdən alınırsa, kütləvi informasiya vasitələri düşürlər həmin şəxsin eyni vəzifəni daşıyan həmkarlarının üstünə, başlayırlar oxşar nöqsanlar axtarmağa. Rast gəldikləri çatışmazlıq hallarını da “şişirdib” az qala ağır cinayət kimi təqdimedirlər.

Bir daha bildiririk ki, Gülnaz Dadaşova ilə bağlı kütləvi informasiya vasitələrində gedən yazılar reallığı əks etdirmir və onun işgüzar nüfuzuna xələl gətirmək məqsədini daşıyır. Saytlara dərc olunmaq üçün göndərilən,heç bir insanı və etik normalara sığmayan bu cür iftira və yalanlar kiminsə marağı xatirinə virtual məkana yol tapmışdır.


P.S. Redaksiya olaraq bəzilərinin diqqətinə çatdırır ki, Gülnaz Dadaşovanın bizim müdafiəmizə ehtiyacı yoxdur. Biz haqq tərəfdarıyıq və istəyirik ki, HƏQİQƏTƏ UYĞUN YAZILAR DƏRC OLUNSUN!


Digər xəbərlər

0.23641180992126