Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun təşkilatçılığı ahıl şəxslər üçün səyyar tibbi müayinələr təşkil olunub - FOTOLAR

02:44 31-01-2024 | icon 245
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun təşkilatçılığı ahıl şəxslər üçün səyyar tibbi müayinələr təşkil olunub - FOTOLAR
 Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun təşkilatçılığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl Şəxslər üçün Sosial Xidmət Müəssisəsində səyyar tibbi müayinələr təşkil olunub.
 
Tibbi müayinələrin keçirilməsində əsas məqsəd müəssisədə məskunlaşan ahıl sakinlərdə xəstəlikləri erkən mərhələdə aşkarlamaq və ağırlaşmaların qarşısını almaqdır.
 
Aksiya zamanı 80 nəfər müayinələrə cəlb olunub.
 
Tədbir çərçivəsində ixtisaslı həkimlər - həkim kardioloq, həkim-nevroloq tərəfindən diaqnostik müayinələr aparılıb. Müəssisə sakinləri exokardioqrafiya (EXO) və elektrokardioqramma (EKQ) müayinələrindən keçib.
 
Sosial baxımdan həssas əhali qrupuna aid şəxslərin sağlamlığının qorunması istiqamətində analoji tədbirlərin bundan sonra da institut tərəfindən davam etdirilməsi nəzərdə tutulur.
 
 
fff
 
fff
 
fff
fff
 
fff
 fff

fff


Digər xəbərlər

0.24021601676941