Vatsapdan yeni funksiya

02:25 31-01-2024 | icon 512
Vatsapdan yeni funksiya

Vatsap tətbiqi iOS əməliyyat sistemində smartfonlar üçün yeni funksiya təqdim edəcək. Bu funksiya sizə Face ID (üz skanı), Touch ID (barmaq izi) və ya PIN koddan istifadə edərək proqrama daxil olmağa imkan verəcək.

Bu barədə “WABetaInfo” portalı məlumat yayıb.

Bildirilib ki, funksiya hələ sınaqdan keçirilir və gələcək proqram yeniləmələrində iOS-da əlçatan olacaq. O, istifadəçiləri altı rəqəmli kodu daxil etmək məcburiyyətindən xilas etmək üçün messencerə giriş sistemini sadələşdirmək üçün hazırlanır. Onlar mövcud autentifikasiya vasitələrindən istifadə edə biləcəklər. Funksiya istəyə bağlıdır və proqram parametrləri vasitəsilə söndürülə bilər.


Digər xəbərlər

0.32949090003967