Bakıda keçiriləcək cüdo üzrə "Böyük Dəbilqə"nin posteri təqdim edilib

00:48 01-02-2024 | icon 256
Bakıda keçiriləcək cüdo üzrə

Azərbaycan Cüdo Federasiyası (ACF) bu il Bakıda keçiriləcək "Böyük Dəbilqə" turnirinin rəsmi posterini təqdim edib.

Bu barədə ACF-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yarışda 60-dan çox ölkədən 400-dən artıq idmançının iştirakı gözlənilir.

Qeyd edək ki, "Böyük Dəbilqə" fevralın 16-18-də Milli Gimnastika Arenasında gerçəkləşəcək. Turnirə biletləri "iticket.az" saytından əldə etmək mümkündür.


Digər xəbərlər

0.25981903076172