ASAPES-də prorektor vəzifəsinə yeni təyinat olub
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) Elmi işlər, beynəlxalq əlaqələr və keyfiyyət siyasəti üzrə prorektoru vəzifəsinə yeni təyinat olub. Rektor Fuad Hacıyev bu gün Prorektor vəzifəsinə təyin olunan Ülkər Babayevanı kollektivə təqdim edib.
Ülkər Babayeva Azərbaycan Dillər Universitetində ingilis dili üzrə bakalavr, ingilis dili və ədəbiyyatı üzrə isə magistr dərəcəsinə yiyələnib.
2001-2003-cü illər ərzində ABŞ-ın Minnesota Dövlət Universitetində Beynəlxalq əlaqələr ixtisası üzrə təhsil alıb.
ABŞ-ın Cons Hopkins Universitetində doktorantura təhsilini davam edərək Təhsil üzrə Doktor (EdD) elmi dərəcəsi alıb.
Ülkər Babayeva bundan əvvəl Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsində baş məsləhətçi, Azərbaycan Respublikası Mərkəzi Bankının İqtisadi Maarifləndirmə Xidmətinin rəhbəri və Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini vəzifələrində çalışıb.
Qeyd edək ki, ASAPES-in Elmi işlər, beynəlxalq əlaqələr və keyfiyyət siyasəti üzrə bundan əvvəlki prorektoru Təhminə Tağı-Zadə AMADA-nın icraçı direktoru təyin edilib.
-
Aprelin 9-da imtahan verəcək şagirdlərin nəzərinə!
...
-
Müəllimlər maaş artımını yaxın günlərdə alacaq - Rəsmi
...
-
Talış kəndində ilk dərs keçirilib - Fotolar
...
-
ASAPES və MGİMO-nun ikili diplom proqramının Moskva mərhələsi davam edir - FOTOLAR
...
-
Məktəblərdə bayram tətili bu tarixdən başlayır
...
-
Emin Əmrullayev BŞTİ-də struktur dəyişikliyi etdi
...
-
AHİK Təhsilin İnkişafı Fonduna 10 000 manat ianə edib
...
-
“2-3 ilə müəllimlərin orta maaşı 1000 manatdan çox olacaq”
...
-
Müəllimlərin maaşı artırıldı - Sərəncam
...
-
Məktəblərdə yeni şagird davranış qaydalarının tətbiqinə başlanıldı
...