“CityNet” indi “Nar” mağazalarında
Abunəçilərinin hər zaman rahatlığını təmin edən “Nar” indi öz mağazalarında “CityNet” internet provayderinin xidmətlərini də təqdim edir.
Bu əməkdaşlıq çərçivəsində, “Nar”ın Elmlər Akademiyası (H.Cavid pr., 48) və Memar Əcəmi (Hüseynbala Əliyev 4) mağazalarına yaxınlaşaraq “CityNet” xidmətləri haqqında məlumat almaq və abunə olmaq mümkündür.
Müxtəlif xidmətləri vahid mərkəzdən təqdim etməklə əlçatanlıq strategiyasına əsaslanan “Nar” mağazalarında yüksək müştəri xidməti ilə sərfəli təkliflərdən yararlanmaq imkanı verir.
Qeyd edək ki, “CityNet” 17.99 AZN-dən başlayan qiymətlərlə yüksəksürətli sabit internet, ev telefonu xətti və rəqəmsal TV xidmətləri təqdim edən internet provayderidir. “CityNet” xidmətləri haqqında daha ətraflı buradan tanış ola bilərsiniz.
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
-
“Nar” Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlığa başladı
...
-
AZAL-a yeni prezident təyin olundu - Sərəncam
...
-
Salyan rayonunda Aqrar Biznes Festivalı keçirilib
...
-
Bakıda taksi ilə hara gedirlər: Ən çox gedilən yerlərin top-10-u
...
-
Prezidentdən əmək pensiyaları ilə bağlı - Sərəncam
...
-
“CityNet” indi “Nar” mağazalarında
...
-
“Azərsığorta” ləğv olunub
...
-
“Nar” bütün ölkə üzrə satış və xidmət şəbəkəsini genişləndirir - FOTO
...
-
Azərbaycanda süni brilyant istehsal ediləcək
...
-
“Nar” kubokunun sahibi “Breyn Rinq”in çempionu olub
...