Hamı İlham Əliyev deyir - Qalanları heç bir faiz deyil

19:32 02-02-2024 | icon 416
Hamı İlham Əliyev deyir - Qalanları heç bir faiz deyil

Əhalinin prezident seçkiləri ilə bağlı məlumatlılıq səviyyəsinin öyrənilməsi məqsədilə sosioloji sorğu keçirilib.

“Oracle Advisory Group” təşkilatı tərəfindən təşkil olunan sorğuda respondentlərə “Prezident seçkiləri bu günə təyin edilsəydi və namizədlər aşağıdakı şəxslər olsaydı, kimə səs verərdiniz?” sualı da ünvanlanıb.

Verilən cavablar göstərir ki, respondentlərin böyük əksəriyyəti hazırkı ölkə rəhbərinin fəaliyyətindən razıdır. Belə ki, respondentlərin 97 faizi İlham Əliyevin, 1,2 faiz Zahid Orucun, 0,7 faizi Fazil Mustafanın, 0,5 faiz Razi Nurullayevin, 0,3 faizi Qüdrət Həsənquliyevin, 0,2 faiz Fuad Əliyevin, 0,1 faiz isə Elşad Musayevin adını çəkib.


Digər xəbərlər

0.26766395568848