"Çinar-Zəngilan"dan ilk xal itkisi

18:32 06-02-2024 | icon 821

Ötən həftə Region Liqasınsa 2-ci dövrəyə start verildi.

Azəripress.az xəbər verir ki, bol qollu tur olsa da, bəzi iddialı komandalar xal itkisiylə yadda qaldı. Onlardan biri də çempionluğa iddialı "Çinar-Zəngilan"dı. Qarabağ təmsilçisi səfərdə "Gənclər PFM"in ciddi müqavimətinə rast gəlib. Görüş qolsuz heç-heçəylə nəyicələnib. Matçla bağlı zəngilanlıların baş məşqçisi Anar Dünyamalıyevin reaksiyasını öyrəndik:

"Bütün oyuna qələbə üçün çıxırıq. "Gənclər PFM" səfərinə də 3 xal üçün gəlmişdik. Amma həm oyunumuz alınmadı, həm də əlimizə düşən çoxsaylı qol imkanlarını boşa verdik. Eləcə də heyətimizdə zədəli, şəxsi işiylə əlaqədar icazəli futbolçular vardı. Ümumilikdə əsas heyətdən 7 oyunçumuz yox idi. Təbii ki, bu hal xal itkimizə haqq verə bilməz. Bu oyundan ciddi dərs çıxarıb qarşıdakı matçlara daha ciddi hazırlaşacağıq".

ABDULLA İSMAYILOĞLU


Digər xəbərlər

0.23904991149902