Rəfiqə Axundovanı da itirdik

18:34 06-02-2024 | icon 472
Rəfiqə Axundovanı da itirdik

Azərbaycan incəsənətinə və mədəniyyətinə ağır itki üz verib.

Azəripress.az xəbər verir ki, balet artisti, baletmeyster, Azərbaycan SSR-in "Xalq artisti" , Azərbaycan Respublikasının "Şərəf nişanı" və "Şöhrət" ordenləriylə təltif edilən Rəfiqə Axundova 92 yaşında vəfat edib. O, bu gün II Fəxri Xiyabanda torpağa tapşırılıb.

Xatırladaq ki, Rəfiqə Axundova "Xəzər balladası", "Qobustan kölgələri", "Azərbaycan suitası", "Kaleydoskop", "Muğam", "Üç inqilab", "İldırımlı yollarda", "Yeddi gözəl", "Babək", "Şelkunçik" kimi balet əsərlərinə quruluş verib.

Xanım sənətkar bir müddət Əlcəzair, İsveç, Misir və Belçikada baletmeyster-pedaqoq kimi də fəaliyyət göstərib.

Allah rəhmət eləsin. Yaxınlarına səbr versin.

ABDULLA İSMAYILOĞLU


Digər xəbərlər

0.26184701919556