MSK ilkin nəticələri açıqladı - İlham Əliyev 92.10 faiz səs toplayıb

23:46 07-02-2024 | icon 999
MSK ilkin nəticələri açıqladı - İlham Əliyev 92.10 faiz səs toplayıb

Mərkəzi Seçki Komissiyası Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb.

MSK-nın açıqladığı ilkin nəticələrə əsasən, İlham Əliyevin liderliyi davam edir. O, seçicilərin 92.10 faiz səsini qazanıb. İlkin nəticələrə görə, 2 milyon 497 min 542 nəfər İlham Əliyevə səs verib.

Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc 2,20 faiz - (59 719 səs )

Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev 0,79 - (21 406 səs)

Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa 1,99 faiz - (53 986 səs)

Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev 0,66 - (17 855 səs)

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev 1,78 faiz (48 315 səs).

Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev 0,8 faiz - (12 981 səs).

MSK sədri Məzahir Pənahovun sözlərinə görə, bu nəticələr 3531 məntəqədən daxil olub. Bu məntəqələrdə etibarlı hesab edilmiş səslərin sayı 2 milyon 711 min 804-ə bərabərdir.


Digər xəbərlər

0.25204706192017