Budaq Nəsirov "Karvan"da: "Ona güvənirəm"
2 gün əvvəl 1-ci liqa təmsilçisi elitadan futbolçu transfer etdi.
Azeripress.az xəbər verir ki, "Karvan" Budaq Nəsirovu sıralarına qatıb. Bu keçidi Yevlax təmsilçisinin baş məşqçisi Kənan Kərimov da təsdiqləyib. Veteran futbolçu yeni transferlə bağlı təəssüratını da bildirib:
"Qarşımıza çempionluq hədəfi qoymuşuq. Bunun üçün güclənməliyik. Heyətimizə elita təcrübəsi olan oyunçu cəlb etməyi düşünürdük. Nəticədə "Turan Tovuz"dan Budaq Nəsirovla anlaşdıq. Onunla sözləşməmiz mövsümün sonuna kimidi. Budaqa ümidimiz və gözləntilərimiz böyükdü. O, bir vaxtlar ölkəmizin ən perspektivli oyunçularından hesab olunurdu. İnanıram ki, bizdə özünü yaxşı tərəfdən göstərəcək. Budaq artıq dünən məşqimizdə də iştirak edib".
Xatırladaq ki, Budaq Nəsirov bir neçə il futboldan uzaq düşmüşdü. O, yalnız ötən il Ayxan Abbasov səyi nəticəsində yenidən böyük futbola qayıtdı və "Turan Tovuz"a transfer edildi. Amma futbolçu özünü Tovuz təmsilçisində heç cür doğrulda bilmədi. Bundan başqa forma yığmaq üçün "Turan Tovuz-2" də intizamsızlığı ilə yadda qalıb komanda yoldaşını vurmuşdu. Bu hərəkətinə görə futbolçuyla qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verilib.
ABDULLA İSMAYILOĞLU
-
Mariya Stadnik tarix yazdı
...
-
Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib - FOTO
...
-
Sabiq icra başçısının oğluna yüksək vəzifə verildi
...
-
"Bakı Abadlıq Xidməti" tikinti, quruculuqla yanaşı, həm də abadlaşdırdığı kəndlərdə sağlam, yaradıcı mühit yaratmağa cəhd edir" - FOTOLAR
...
-
Aygün Kazımova Azərbaycan Kubokunun finalından öncə çıxış edəcək
...
-
Bu gün Avroliqada finalçılar müəyyənləşir
...
-
Kamran Nəbizadə TAF-ın prezidenti ilə görüşüb
...
-
Nazir Ülviyyəni qəbul etdi
...
-
Bakı dünyanın “İdman Paytaxtı” seçildi
...
-
Arif Əsədov: "Əsas şərt idman prinsipinin qorunmasıdı"
...