Prezidentlə oğlu “Akıncı” hücum PUA-larının uçuşunu izlədi - Video
Fevralın 9-da Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və oğlu Heydər Əliyev Hərbi Hava Qüvvələrinin hərbi obyektlərində olublar və silahlanmaya yeni qəbul edilən “Akıncı” hücum PUA-larının uçuşunu izləyiblər.
Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
***
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə raport verib.
Prezident İlham Əliyev PUA Akademiyasında yaradılan şəraitlə tanış olub.
Müdafiə naziri və Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar dövlət başçısına Akademiyada yaradılan şərait və pilotsuz uçuş aparatları barədə məlumat veriblər. Bildirilib ki, burada hərbi qulluqçuların hazırlığı üçün hər cür şərait yaradılıb. Akademiya müasir standartlara cavab verən bütün növ zəruri texnika və avadanlıqlarla təchiz olunub.
Sonra Ali Baş Komandan yeni hərbi obyektdə müxtəlif tipli PUA üçün uçuş-enmə zolağına gəlib. “Akıncı” hücum PUA-sının havaya qalxmasını izlədikdən sonra idarəetmə məntəqəsinə gələn Prezident İlham Əliyev burada PUA-nın idarəolunmasını praktiki həyata keçirib.
PUA-nın yerə enməsini izləyən Azərbaycan Prezidenti uçuş vasitəsinin üzərinə xatirə imzasını çəkib.
Daha sonra Prezident İlham Əliyev yeni inşa edilmiş anqar komplekslərinə baxış keçirib.
Anqarlar müxtəlif tipli pilotsuz uçuş aparatları, eləcə də silahlanmaya yeni qəbul edilən “Akıncı” hücum PUA-sı və digər aviasiya-texniki vasitələrin saxlanılması üçün nəzərdə tutulub.
Müzəffər Ali Baş Komandan burada “Akıncı” hücum PUA-sı və aviabombaları ilə də tanış olub.
Sonra birgə foto çəkdirilib.
-
İlham Əliyev Putinə zəng etdi
...
-
İlham Əliyev Vladimir Putinə başsağlığı verdi
...
-
Cevdet Yılmaz Mehriban Əliyevanı təbrik etdi
...
-
Ərdoğandan İlham Əliyevə Novruz təbriki
...
-
Mehriban Əliyevadan ilaxır çərşənbə ilə bağlı paylaşım
...
-
Prezidentin Xankəndidəki çıxışının - Videosu
...
-
Prezident Xankəndi ilə bağlı faktları açıqladı
...
-
Xankəndinin mərkəzi meydanına “Zəfər meydanı” adı verilib
...
-
Prezident xalqı təbrik etdi
...
-
İlham Əliyev Vladimir Putini təbrik etdi
...