"Zirə"nin problemi yalnız hücum xətdi deyil

18:06 10-02-2024 | icon 902

"Zirə" mövsümə yaxşı start verərək ardıcıl qələbələr qazandı. Qəsəbə təmsilçisi çempionatın ilk yarısını 2-ci pillədə tamamlamaqla qış fasiləsinə vitse-çempion kimi yollandı.

Çoxları "qartallar"ın uğurunun təsadüfi olduğu düşüncəsindəydi. Belə ki, bir qrup jurnalistlər daxil, futbol biliciləri Rəşad Sadıqovun komandasının qorxaqcasına müdafiə futbolu oynadığı qənaətindədi. Hətta mətbuat konfranslarında media nümayəndələri arasında yığmamızın sabiq kapitanına "nə vaxt müdafiə futbolundan əl çəkəcəksiz? sualını da tez-tez verirdilər. Əslində isə klubun problemi müdafiə futbolu sərgiləməsi deyil. Zirəlilərin dərdi başqadı. Belə ki, komandada həm forvard qıtlığı var, həm də zaman-zaman hakimlərin qərəzinə tuş gəlir. Rəşad Sadıqovun sərəncamında olan Felipe Paxtman, Vladislav Kulaç və gənc Pərviz Azadovun xidmətindən məhrumdu. "Sambaçı" xeyli vaxtdı zədədən əziyyət çəkəndən sonra sıraya dönüb şans qazananda daha ağır xəsarət alıb sıradan çıxır. Kulaç da bu mövsümü eyni səbəbə görə kənarda qalıb və əvvəlki formasından uzaqdı. Gənc Pərvizə də baş məşqçinin böyük ümidləri olsa da, travmalar onu da rahat buraxmır. Bununla yanaşı referilərin "Zirə" əlehinə qərarları da komandanın nəticələrinə təsirsiz ötüşmür. Sadalananlara görə "qartallar" premyer-liqanın 2-ci yarısına uğurlu başlamadı. Klub 3 tura 2 xal qazana bilib. Amma qəsəbəlilər kubokda "Səbail"i hər 2 oyunda məğlub etməklə yarımfinala çıxdı. "Zirə"nin 5 oyununa, əsas da "dənizçilər"lə 2 raundlu qarşıdurmalarına nəzər yetirsək, müdafiə futbolu oynamadığı görərik. Komanda oyuna əlavə olunan dəqiqələr də belə, yaradıcılıqla məşğuldu. Yuxarıda qeyd etdiyim hücumçu yoxluğu ilə yanaşı "qartallar" cəbhəsində Rüstəm Əhmədzadə ilə İssa Cibrilanın da sıradan çıxıb. Buna rəğmən komanda hücum planında artırdığı qənaətindəyəm. Hazırda Rəhim Sadıxov yaxşı formadadı. "Səbail" ilə cavab oyununda "10 nömrə"nin artırdığını da gördük. O, həm rəqib müdafiəsinin başını gicəlləndirməyi, həm də qollar vurmağı bacardı. Baxmayaraq ki, hakimlər onun qolundan birini ofsaytdan vurulduğunu bildirdi. Ceyhun Nuriyev ilə Rafael Utziqin də "Zirə"yə qoşulması "qartallar"ın hücum cəbhəsini zənginləşdirəcəyini düşünürəm. Ceyhun irəlidə çox çalışır, oyundan-oyuna artırır, braziliyalı isə artıq qol hesabını da açmaqla faydalılığını sübut edib. Utizqin qəsəbə təmsilçisində "Qəbələ"dən daha yaxşı çıxış edəcəyini güman etmək olar. Abbas İbrahim və Salifu Sumanın da performansında irəliləyiş var. Əsas da nigeriyalı hazırda həm yaradıcı, həm də dağıdıcı kimi özünü doğrultmaqdadı. Son günlərdə David Volkovun da qəsəbəlilərin heyətinə cəlb olunması da gündəmdədi. Amma hələlik bu keçid ləngiyir. Gürcü vingerin də komandaya qoşulması hücum planında kreativliyi artıracaq.

Əslində "qartallar"ın hücumla yanaşı arxa xətdə, əsas da müdafiənin mərkəzində və 2-ci mərtəbədə ciddi problemləri var. Belə ki, müdafiənin mərkəzindəki boşluqlardan istifadə edən rəqiblər "Zirə"nin qapısına yol tapır. Eləcə də standart vəziyyətlərdən və künc zərbələrindən cərimə meydançasına asmalar da zirəlilərdən effektli dağıdıcılıq görmürük. Etiraf etmək lazımdı ki, bu gün Ruan Renato olmasa "Zirə" müdafiəsindəki problemlər daha qabarıq şəkildə nəzərə çarpacaq. Bəs sabah braziliyalı stoper cəzalı duruma düşsə və ya zədələnib sıradan çıxsa nə olacaq? Odur ki, Rəşad müəllim hücumçu axtarışıyla yanaşı mütləq effektli oyunu ilə seçilən müdafiəçi seleksiyasını da təşkil etsə yaxşı olar. Əks təqdirdə onun və komandasının işi çətin olacaq.

Son qarşılaşmalarda zirəlilərin meydanın mərkəzi və rəqibə aid hissəsində pressinq təşkil edir. Bu yaxşı hal olsa da, daimi effektli deyil. Çünki hər komandaya qarşı bu cür təzyiq göstərə bilməzsən. Məsələn, "Qarabağ" qarşı necə bu taktikanı tətbiq edəcən? Elə Rəşad Sadıqovun yetirmələrinin hesabda öndə olması və ya futbolçularının oyun ritminin pozulmasını hiss etdikdə tez-tez "pauza, pauza" səsləndirməsi də boşuna deyil. Mütəxəssis çox gözəl bilir ki, rəqibin sürətli, kəsərli hücüm və əks-hücumlarınını boğmağa yetirmələrə heç də həmiçə müyəssər deyil. Ona görə də zirəlilərin hesabda irəlidə olarkən topa nəzarət, tempi öldürmək kimi taktiki gedişlər etməyə məhkumdu. Xülasə, baş məşqçinin hücumla yanaşı müdafiədəki boşluqları da aradan qaldırmaq üçün islahatlar aparmaq və komandasına yeni nəfəsin zəruriliyi təmin etsə, daha yaxşı olar.

İnanaq ki, qarşıdakı 15 turda və kubok matçlarında Rəşad Sadıqov və yetirmələri ən azı "Səbail" ilə son görüşlərdəki performansını sərgiləyəcək və hədəflədikləri avro kuboka vəsiqə verən yerlərdən birini tutacaq.

ABDULLA İSMAYILOĞLU


Digər xəbərlər

0.30899786949158