Akademik Musiqili Teatrın aktyorları Novosibirsk teatrının yubileyində iştirak ediblər
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının istedadlı solistləri Aydan Həsənova və Emin Zeynallı Novosibirsk Musiqili Teatrının 65 illik yubileyində iştirak ediblər.
Yubileyə dəvətlilər arasında Azərbaycanla yanaşı, Rusiya (Moskva, Sankt- Peterburq, Yekaterinburq, Omsk, İrkutsk və Kemerovo), Özbəkistan və Belarus Respublikasının mədəniyyət nümayəndələri, teatr kollektivləri və opera ifaçıları da
olublar. Gənc solistlər Musiqili Teatrın repertuarında özünəməxsus yeri olan “Arşın mal alan” (Ü.Hacıbəyli) və “Paris Notr-Dama ithaf” (V.Hüqo, səhnələşdirən və quruluşçu rejissor: S.Qulamov) tamaşalarından parçalar təqdim ediblər. Onların səhnədə yüksək peşəkarlıq nümayişi tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb.
NMT-nin direktoru Leonid Kipnis onlara və Azərbaycan Dövlət Akademik Musiqili Teatrının rəhbərliyinə təşəkkürünü bildirib. Xatırladaq ki, L.Kipnis Aydan Həsənovanın yaradıcılığını hələ 2016-ci ildə Yekaterinburqda keçirilən Gənc Operetta və Musiqili Teatr artistlərinin VI Beynəlxalq Müsabiqəsində münsiflər heyətinin üzvi olarkən yüksək qiymətləndirib.
-
“Güneşi söndürmem gerek” romantik dramı “CineMastercard” kinoteatrında
...
-
Xalçalarımız Qazaxıstanda Novruz festivalında - Tokayev də iştirak edib
...
-
Yapon ailəsindəki sonuncu bahar - TƏHLİL
...
-
Mehriban Əliyeva Saida Mirziyoyeva ilə sərgi açılışında - Fotolar
...
-
TV rəhbərləri PA-ya çağırıldı - Bu verilişlərə görə
...
-
“Avroviziya-2024”də Azərbaycanı o təmsil edəcək
...
-
"Səma ilə görüş” filminin qala gecəsi keçirilib
...
-
Kino ittifaqları birləşdi - Rasim Balayev sədr oldu
...
-
Milli Teatr Günündə Musiqili Teatrda premyera –"İki küpəgirən qarı"
...
-
CineMastercard”da “Hayatla Barış” filminin təqdimatı keçirilib - Video
...