"Rəqib futbolçusunun qırmızı vərəqə alması da işimizə yaradı"

06:43 13-02-2024 | icon 1083

1-ci liqada 13-cü tura yekun vuruldu.

Çempionatın lideri "Qaradağ Lökbatan" "Zaqatala" səfərində büdrədi.

Qarşılaşma 1:1 hesabıyla başa çatdı. Oyunun nəticəsiylə bağlı bölgə təmsilçisinin baş məşqçisi Rüstəm Məmmədovun "azeripress.az" saytına oyunla reaksiyası belə oldu:

"Qaradağ Lökbatan" çempionatın lideridi. Bu komanda rəqiblərini təzyiq altında saxlamağı bacarır. Buna rəğmən oyuna ciddi hazırlaşmışdıq. 2-ci yarıya yaxşı başlamaq istəyirdik. Qarşılaşmaya istədiyimiz kimi başlamadıq. Rəqib 19-cü dəqiqədə qol vurmaqla hesabı açdı. Amma yarım saat sonra biz daha yaxşı oynamağa başladıq. Fasilədən sonra da təzyiq edən tərəf biz olduq. Rəqibin futbolçusunun qırmızı vərəqə alması da işimizə yaradı. Say üstünlüyündən istifadə edərək hücumlarda kəsərliliyimizi artırdıq və qol vurduq. Təəssüflər olsun ki, əlimizə düşən digər fürsətlərdən yararlana bilmədik. Bizim həmişə olduğu kimi əsas problemimiz heyətimizin kasad olmasıdı. Bunun yanaşı cəzalı, zədəli oyunçularımız da var. Bu gün yeni transferimizdən Kevin Ozimo ilə Babatunde Samuelə də şans verdim. Baxmayaraq ki, onlar bizimlə birgə cəmi 2-3 məşqdə iştirak ediblər. Onların hər 2-si bu gün 90 dəqiqə oynamaq gücündə deyil. Ona görə də hər biri ən yaxşı halda 1 hissə oynatdıq. Amma meydana sonradan buraxdığım Babatunde də zədələndi. "Qaradağ Lökbatan"la oyunda ehtiyatda cəmi futbolçum qalmışdı ki, o da qapıçıdı. Sözüm o ki, ehtiyat skamyamız demək olar yoxdu. Bu halın olması bizi çətinə salır. Buna rəğmən ümidimizi itirmirik. "Qaradağ Lökbatan"la matçda qazandığımız 1 xal çempionatın 2-ci yarısındakı marafonumuz üçün stimul olmalıdı".

ABDULLA İSMAYILOĞLU


Digər xəbərlər

0.28448581695557