"Göyəzən"də yeniyetmə futbolçu 

06:45 13-02-2024 | icon 1331

Region Liqasının cari mövsümündə özünü yaxşı tərəfdən göstərən "Göyəzən" heyətinə yeniyetmə oyunçu qatıb.

Qazax təmsilçisi 16 yaşlı Vaqif İsmayılzadəni sıralarına cəlb edib. Bu keçidlə bağlı "dağlılar"ın məşqçisi, eyni zamanda "Qazax Siti" uşaq komandasının baş məşqçisi Süleyman Məmmədov "azeripress.az" saytına bunları dedi:

"Vaqif öz yetirməmizdi. Qazax futbol məktəbinin, o cümlədən "Qazax Siti" bir neçə yaş qrupunda oynayıb. O, potensialı olan yeniyetmədi, ampulaca da hücumçudu. Ona görə onu "Göyəzən"ə cəlb etdik. Vaqifin 16 yaşında olmasına rəğmən Region Liqasında çıxışının yaxşı alınacağına və Qazax futbolunun parlayan oyunçusuna çevriləcəyinə inanırıq".

ABDULLA İSMAYILOĞLU


Digər xəbərlər

0.26518297195435