Minifutbol millimiz beynəlxalq turnirdə iştirak edəcək

07:07 13-02-2024 | icon 884
Minifutbol millimiz beynəlxalq turnirdə iştirak edəcək

Minifutbol üzrə Azərbaycan millisi Monteneqronun paytaxtı Podqoritsa şəhərində keçiriləcək beynəlxalq turnirə dəvət alıb.

30 aprel - 1 may tarixlərində təşkil olunacaq yarışda seçməmizlə yanaşı son dünya çempionu Rumınya, Bosniya və Hersoqovina, Albaniya və Monteneqro komandaları iştirak edəcək.

Qeyd edək ki, turnirdən əvvəl komandamızın Monteneqronun Herseq Novi şəhərində bir həftəlik təlim-məşq toplanışı nəzərdə tutulub.


Digər xəbərlər

0.25704789161682