Sabah 16° isti olacaq

13:58 14-02-2024 | icon 1538
Sabah 16° isti olacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Səhər və axşam bəzi yerlərdə qısamüddətli yağıntılı olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-qərb küləyi günün ikinci yarısında arabir güclənəcək.

Havanın temperaturu gecə 4-7° isti, gündüz 8-11° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. 15-də gündüz əksər rayonlarda yağıntıda fasilə olacaq. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 4-9° isti, gündüz 11-16° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-10° isti olacaq.


Digər xəbərlər

0.28556799888611