Səttar Möhbalıyev: “Azərbaycan xalqı Zəfər yolunun növbəti mərhələsinə qədəm qoydu”

21:04 14-02-2024 | icon 2073
Səttar Möhbalıyev: “Azərbaycan xalqı Zəfər yolunun növbəti mərhələsinə qədəm qoydu”

“Dövlətimizin və xalqımızın həyatında yeni dövrə start verildi. Xalqımızın
möhkəm iradəsi və sarsılmaz həmrəyliyi sayəsində Azərbaycan
Respublikasının Prezidenti seçilən İlham Əliyev cənablarının xalq qarşısında
öz müqəddəs andını içməsi ilə böyük və şərəfli yola inamla qədəm qoyduq.
Bu yol doğma Vətənimizin indikindən də gözəl çiçəklənməsi, hərtərəfli
inkişafı, müstəqilliyinin, suverenliyinin qorunması, qazanılmış bənzərsiz
uğurların davam etdirilməsi və yeni hədəflərə nail olmaqdır. Bu yol, təbii ki,
zəfər yoludur, müvəffəqiyyətlərlə zəngin yeni bir dövrdür. Bunu əminliklə
söyləməyə bizə ötən illərin nailiyyətləri əsas verir. Xalqımız ilk dəfə - 2003-
cü ildə cənab İlham Əliyevi dövlətimizə rəhbər seçərkən qəlbimizdə böyük
ümummilli arzular, qarşımızda çətin hədəflər, ən əsası isə Qarabağ həsrəti var
idi. Amma qətiyyən naümid deyildik. İnanırdıq ki, bütün istəklərimizə
çatacağıq. Gəlin, bugünkü Azərbaycana nəzər salaq - davamlı inkişaf edən
müstəqil və güclü iqtisadiyyat, döyüş meydanında öz sözünü kişi kimi demiş
yenilməz Ordu, xalqımızın xoşbəxt və firavan həyatı, yerləşdiyi coğrafiyanın
əsas aparıcı dövləti, dünyanın ən əhəmiyyətli və strateji ölkələrindən biri, bir
tərəfdə də dirçələn, çiçəklənən Qarabağ. Qeyd etdiklərim vaxtı ilə çoxlarına
əlçatmaz görünə bilərdi, bu gün isə realdır. Biz bu arzu və istəklərə
xalqımızın müdrik qərarı və sərrast seçimi, həmrəyliyi, dövlətimizin başçısı
cənab İlham Əliyevin mükəmməl dövlətçilik təfəkkürü, çevik və səmərəli
idarəçilik bacarığı, dərin siyasi biliyi, diplomatik səriştəsi və qətiyyəti
sayəsində çata bildik”.

Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin
deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, mürəkkəb bir coğrafiyada yerləşən, ərazisinin həcmi və
əhalisinin sayı baxımından böyük olmayan, digər tərəfdən hərbi təcavüzə məruz
qalan, bir milyondan artıq vətəndaşı məcburi köçkün həyatı yaşayan bir ölkənin
cəmi 20 ildə bütün maneələri aşması, blokadaları yarması, regionda bütün
təşəbbüsü öz əlinə alması yalnız uzaqgörən və güclü Liderin sayəsində mümkün
olduğu hamıya məlumdur: “Sözsüz ki, bunun arxasında bilavasitə Prezident İlham
Əliyevin gərgin zəhməti, fədakar və unudulmaz əməyi dayanır. O, qısa zaman
kəsiyində yorulmadan gördüyü əvəzsiz işlər, apardığı ardıcıl islahatlar,
müəyyənləşdirdiyi mükəmməl strategiyalar, həyata keçirdiyi aydın və konkret
proqramlarla daim modernləşən, müasir dövrün tələblərinə cavab verən, dünyada
gedən amansız rəqabətə davamlı güclü bir Azərbaycan qurub. Bu Azərbaycanın
dünyada yeri və rolu, nüfuzu böyük, təsir imkanları geniş, onunla əlaqələr qurmaq,
dost olmaq istəyən dövlətlərin sayı isə kifayət qədərdir. Çünki ölkəmizin təşəbbüsü
ilə ərsəyə gələn beynəlxalq və regional layihələrin işığı bütün dünyaya bərq vurur,
Avropanın enerji böhranından yeganə xilas yolu hesab edilir. Həm iqtisadi, həm də
siyasi və strateji baxımdan yüksək əhəmiyyətə malik Bakı-Tbilisi-Ceyhan əsas ixrac
neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, TANAP, TAP, Transavropa və Transasiya
dəmiryollarını birləşdirən Bakı-Tbilisi-Kars dəmiryolu ölkəmizin regional güc
mərkəzinə çevrilməsində, qlobal mövqelərinin möhkəmlənməsində son dərəcə önəmli
layihələrdir”.
“Təcrübə göstərir ki, dövlətlərin bir-birinə yaxınlaşması, əməkdaşlığın
qurulması və genişlənməsi etibar və ölkədə mövcud olan sabitlikdən çox asılıdır.

Bu sahədə Azərbaycan ləyaqətli bir ölkədir, burada möhkəm sabitlik var, həmçinin
Prezidentimiz sözü ilə işi bir olan, atdığı hər bir imzasına hörmətlə yanaşan
şəxsiyyətdir. Azərbaycanın qlobal uğurlarının digər səbəbi isə cənab İlham
Əliyevin dünya siyasətini, beynəlxalq münasibətləri tarixi, nəzəri və praktik
baxımdan dərindən bilməsidir. O, xarici siyasətdə hər zaman milli dövlət
maraqlarından çıxış edib, Azərbaycanın mənafeyini bütün dəyərlərdən üstün tutub.
İştirak etdiyi qlobal tədbirlər, beynəlxalq tribunalarda etdiyi çıxışlar, irəli sürdüyü
təşəbbüslərlə ölkəmizi layiqincə təmsil edib. Onun nümunəvi davranışları, yüksək
siyasi mədəniyyəti və intellektual səviyyəsi dünyada ölkəmizin nüfuzunun
artmasına əsaslı təsir edib, həm də hər birimizi qürurlandırıb”, - Milli Məclisin
deputatı bildirib.
Səttar Möhbalıyev əminliklə vurğulayıb ki, Prezident İlham Əliyevin
rəhbərliyi ilə xalqımızı qarşıda daha böyük nailiyyətlər, parlaq gələcək və güclü
Azərbaycan gözləyir.


Digər xəbərlər

0.35176992416382