Salyan rayonunda Aqrar Biznes Festivalı keçirilib

18:08 15-02-2024 | icon 1189
Salyan rayonunda Aqrar Biznes Festivalı keçirilib

Salyan şəhər mərkəzi meydanda Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə  Aqrar Biznes Festivalı keçirilmişdir.

Festivalda Salyan RİH başçısı Sevindik Hətəmov, Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, Salyan, Saatlı, Sabirabad, Hacıqabul, Neftçala, Bilsəuvar və Cəlilabad rayonlarından olan fermerlər iştirak etmişlər.

Festivalda toxum sərgi-satışı ilə yanaşı, festivalların ənənəsinə uyğun  olaraq kənd təsərrüfatı təyinatlı texnikalar, müasir suvarma metod və texnologiyaları, gübrə, pestisid nümunələri və aqrar sahəyə məxsus digər məhsullar sərgilənib. Müxtəlif məhsulların sərgiləndiyi festival ziyarətçilər tərəfindən maraqla qarşılanıb.


Digər xəbərlər

0.33208990097046