Antiterror əməliyyatı qaçılmaz idi

15:44 16-02-2024 | icon 1007
Antiterror əməliyyatı qaçılmaz idi

2023-cü il sentyabrın 19-da Rusiya Federasiyasının sülhməramlı qüvvələrinin
müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələri Xocavənd
rayonunda minalardan istifadə etməklə diversiya hücumları törətmiş oldular. Nəticədə 4 polis,
2 mülki şəxs, 6 nəfər azərbaycanlı qətlə yetirildi. Erməni hərbi birləşmələrinin Azərbaycan
Ordusunun mövqelərini atəşə tutması nəticəsində 2 hərbi qulluqçu yaralandı. Ermənistanın
hədəfi yenidən güc tətbiq etməklə Azərbaycanın ərazilərini nəzarət altında saxlamaq və ərazi
iddialarını davam etdirmək idi. Bunları nəzərə alan Azərbaycan Ordusu Qarabağda
Azərbaycanın Konstitusiya quruluşunun bərpası üçün lokal antiterror tədbirlərini həyata
keçirməyə məcbur oldu. Keçirilən antiterror tədbirlər haqqında Rusiya sülhməramlı
kontingentinin komandanlığını və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin rəhbərliyini
məlumatlandırdı. Azərbaycanın Müdafiə Nazirliyi yaşayış yerlərinin yaxınlığında atəş
vasitələrinin Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən yerləşdirilməsini nəzərə
alıb, ərazidə olan mülki əhalini hərbi obyektlərdən kənar tutmağa və Ermənistan silahlı
qüvvələrinin birləşmələrinə dəstək olmamağa çağırdı. Antiterror tədbirlər çərçivəsində
Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqelərini və
uzunmüddətli atəş nöqtələrini, döyüş vasitələrini və hərbi təyinatlı obyektlərini yüksək
dəqiqliklə silahların tətbiqi ilə sıradan çıxartdı. Azərbaycan öz ərazisində gələcək faciələrin
qarşısını almaq məqsədi üçün antiterror əməliyyatını həyata keçirməli idi. Ermənistanın
qanunsuz silahlı birləşmələrinin Qarabağda yerləşməsi ən böyük təhlükə idi. Azərbaycanın
Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri Ermənistana müharibə deyil,
ölkəmizdə olan və ərazi bütövlüyünü təhdid edən qeyri-qanuni erməni silahlı birləşmələrinin
qarşısının alınması idi. Təxminən, 10 min nəfər olduğu güman edilən və Ermənistanın
maliyyələşdirdiyi bu qeyri-qanuni birləşmələr bölgədəki insanların, mülki ermənilərin əmlak və
həyat təhlükəsizliyini təhdid edirdi. Azərbaycana qarşı cinayətlər törədirdi. 44 günlük Vətən
müharibəsində olduğu kimi, bu dəfə də ölkədə fəaliyyət göstərən siyasi partiyalar Prezident,
Müzəffər Ali Baş Komandan, İlham Əliyevi dəstəklədiyini bəyan etmişdilər. Ölkədə fəaliyyət
göstərən 23 siyasi partiya tərəfindən birgə Bəyanat qəbul olunmuşdur. Azərbaycanın siyasi
partiyaları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün
və əhalinin təhlükəsizliyinin təmin olunması, erməni silahlı birləşmələrinin təxribatlarının
qarşısının alınması, işğaldan azad edilən torpaqlarımızda məskunlaşan minlərlə soydaşımızın
təhlükəsizliyinin təmin olunması üçün həyata keçirdiyi siyasəti və verdiyi hərbi əmri
dəstəklədiyini, onun ətrafında sıx birləşdiyini bəyan etmişdilər. Hakimiyyətin siyasi dialoqla
bağlı bütün jestlərinə rəğmən öz xain mövqe və məkrli niyyətlərinə sadiq qalaraq, siyasi
qüvvələrin Bəyanatına imza atmaqdan imtina etmiş Azərbaycan Xalq Cəbhəsi Partiyası,
Müsavat Partiyası və Real Partiyası bir daha öz xain xislətini nümayiş etdirmişdilər. Prezident
İlham Əliyevin haqlı və ədalətli mövqeyini dəstəkləyən Bəyantda qeyd olunmuşdur ki,
Azərbaycan dövlətinin Ermənistana doğru uzanmış sülh əli hər dəfə geri qaytarılmış və bunun
qarşılığında Ermənistanın, onun dünyadakı məkrli havadarlarının Azərbaycana qarşı
qarayaxma kampaniyası baş qaldırmışdır. Azərbaycan dövlətinin dəfələrlə üçtərəfli Bəyanatın
müddəalarının təmin olunması, təxirəsalınmadan sülh müqaviləsinin imzalanması müraciətləri
Ermənistan tərəfindən müxtəlif bəhanələrlə rədd edilmişdir. Odur ki, antiterror tədbirlərin
görülməsi qaçılmaz idi. Azərbaycanın Qarabağda keçirdiyi antiterror əməliyyatı sonda uğurla
yekunlaşdı. Düşmən ağ bayraq qaldırdı. Azərbaycan çoxdan gözlədiyi ədaləti yenidən öz gücü
sayəsində bərpa etmiş oldu.
 Vəliyeva Südabə
Saatlı Dövlət Rəsm Qalereyasının direktoru


Digər xəbərlər

0.50970911979675