Xalq bir yumruq kimi birləşdi və cəmi 44 gün ərzində bütün tarixi və strateji vəzifələr təmin edildi

15:45 16-02-2024 | icon 2095
Xalq bir yumruq kimi birləşdi və cəmi 44 gün ərzində bütün tarixi və strateji vəzifələr təmin edildi

2020-ci ildə başlayıb və həmin ildə də bitmiş olan Azərbaycan xalqının Vətən müharibəsi bizim
ən böyük şanlı tarixlərimizdəndir və bu Qələbə tarixdə əbədi olaraq qalacaqdır. Azərbaycan Silahlı
Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü, tarixi ədaləti və
beynəlxalq hüququ bərpa etdi. Xalqımız bir yumruq kimi birləşdi və cəmi 44 gün ərzində milli
ləyaqətimizi bərpa etdik. Bu gün Azərbaycan xalqı və dövləti qalib xalq kimi yaşayır və bundan
sonrada belə yaşayacaq. 27 sentyabr 2020-ci ildə cinayətkar Ermənistan ordusunun Azərbaycan
Silahlı Qüvvələrinin döyüş mövqelərini, mülki obyektləri ağır artilleriyalarla atəşə tutması və düşmənin
cəbhəboyu hücuma keçməsi Azərbaycan xalqının səbrinin son həddi idi. Azərbaycan Silahlı
Qüvvələrinin əks-hücum əməliyyatı nəticəsində mənfur düşmən geri oturduldu və 44 gün davam edən
qanlı savaş Azərbaycan Ordusunun şanlı qələbəsi ilə sonlandı. Bəli, cəmi 44 gün davam edən ikinci
Qarabağ müharibəsi şanlı Azərbaycan Ordusunun gücünü dünyaya göstərərək ölkəmizin uğurlu
qələbəsi ilə başa çatmışdır. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri Rəşadətli Azərbaycan
Ordusu tərəfindən azad edildikdən dərhal sonra, noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın
baş naziri və Rusiya Prezidenti tərəfindən münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların
tam dayandırılması barədə bəyanat imzalandı və sonunda Azərbaycan öz ərazi bütövlüyünü bərpa
etdi, müharibə cinayətləri ilə yadda qalan Ermənistan isə kapitulyasiyaya məcbur edildi.

Rauf Salmanov
Saatlı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı


Digər xəbərlər

0.26679086685181